Şərif Şərifov
təsvir rejissoru
(09.05.1938)
Şərif İsmayıl oğlu Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964 – 1970 – ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun təsvir rejissorluğu fakultəsində təhsil almışdır. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasında dərs deyib. “Kino çəkilişi texnikası” (2001), “Televiziya və onun texnologiyası” (2002), “Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi” (2003) dərs vəsaitlərinin müəllifidir. Bir müddət Türkiyədə müəllim kimi fəaliyyət göstərib. “Humay” mükafatı laureatı, Əməkdar incəsənət xadimi (2005) Şərif Şərifov 2007-ci ildə vəfat edib.
- https://medeniyyet.az/page/news/54552/Yol-ehvalatinda-olanlar.html?lang=az
- https://audiovisual.az/t%C9%99svir-rejissorlari/s%C9%99rif-s%C9%99rifov/
Filmoqrafiya:
Azərbaycan mədəniyyətinin baharı (1959, qısametrajlı sənədli film) – təsvir rejissoru assistenti
Koroğlu (1960, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti
Böyük dayaq (1962, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti
Azadlıq məşəli (1967, qısametrajlı sənədli film) – təsvir rejissoru
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – kinooperator
Şərikli çörək (1969, tammetrajlı bədii film) – – kinooperator
Foto “Fantaziya” (1970, qısametrajlı bədii film) – təsvir rejissoru
O qızı tapın (1970, tammetrajlı bədii film) – – kinooperator
Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – – kinooperator
Var olun, qızlar (1972, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
Şənlik bizə yaraşır (1974, qısametrajlı sənədli film) – təsvir rejissoru
Bakı kondisionerləri (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
Cənub buxtası (1977, qısametrajlı sənədli film) – təsvir rejissoru
Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
Şir evdən getdi (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
Həyatımızın himni (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
Sirk mənim həyatımdır (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
Bizim günlərin mahnıları (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
Solmaz bir bahar kimi (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
Azərbaycanın xoşbəxt torpağı (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
Son söz (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru
Əzablı yollar (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
Arzuya doğru (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru
Nar haqqında hər şey (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru
Respublikaya üçüncü Lenin ordeni (1983, tammetrajlı sənədli film) – təsvir rejissoru
Gürzə ilə əlbəyaxa (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
Əbədi iz (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Fikrət Əmirov (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Geriyə baxmağa dəyər… (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Xalça haqqında dastan (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Kür – dostluq çayıdır (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
Taca doğru addım (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
İstək olarsa (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
Məişət elektrik cihazlarından yanğın baş verməsi (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
Yataqda siqaret çəkməyin (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
Koqalımdan xəbərlər (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru
Şahmatçı (1987, tammetrajlı sənədli film) – təsvir rejissoru
Xəzər gəmiçiliyi (II) (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
Ağrı (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
Aşkarsızlıq aynasında (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
Kross (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
Külək haraya əsir? (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
Matəm (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
Bizim Bakı Teatrı (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
İlk tamaşa (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
Qobustan (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
Ordubad (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
Veteran (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
100 ilin astanasında (1992, qısametrajlı sənədli film) – təsvir rejissoru
Ağ saçların işığında (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
Anam Kür (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
Əsrin müqaviləsi (1996, qısametrajlı sənədli film) – təsvir rejissoru
Məhəbbətin hökmü (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
Sifarişçi (2000, qısametrajlı bədii film) – təsvir rejissoru
