İdarə Heyətinin Sədri

Hüseyn Mehdiyev
Rejissor, ssenarist, təsvir rejissoru, prodüser
Hüseyn Mehdiyev – rejissor, ssenarist, təsvir rejissoru, prodüser
19.03.1945-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olub. 1972-1977-ci illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru, 1984-cü ildən isə rejissor kimi fəaliyyət göstərir. Onun filmləri bir çox Beynəlxalq Kino Festivallarda iştirak edib. (Berlin, Madrid, Ankara, İtaliya, Taşkənd, Vankuver, Cair və s.) 1993-2001-ci illərdə “Azərkinovideo” İB-nin baş direktor müavini, 1999-cu ildən isə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Hüseyn Mehdiyev Beynəlxalq Festivallar laureatıdır və Azərbaycanın Əməkdar İncəsənət Xadimidir.
Filmoqrafiya:
- 1978 Dissonans – sənədli, təsvir rejissoru
- 1980 Təkcə adanı özünlə apara bilməzsən – bədii,.təsvir rejissoru
- 1981 Babamızın babasının babası – bədii, təsvir rejissoru
- 1982 İşgüzar səfər – bədii, təsvir rejissoru
- 1984 Qoca palıdın nağılı – bədii, rejissor
- 1985 Şəhərli biçinçilər – bədii, rejissor, təsvir rejissoru
- 1986 Qəm pəncərəsi –bədii, təsvir rejissoru
- 1988 Süd dişinin ağrısı – bədii, rejissor
- 1990 Şahid qız – bədii, rejissor, ssenarist
- 1992 Səhnədə keçmiş ömür –sənədli, rejissor
- 1993 Dostuma məktub –sənədli, rejissor
- 1993 Laçın dəhlizi – bədii, təsvir rejissoru
- 1994 Udin xalqı – sənədli, rejissor, ssenarist
- 1996 Özgə vaxt – bədii, rejissor, ssenarist
- 2004 Məkanın melodiyası – bədii, rejissor, ssenarist