İdarə Heyəti sədrinin müavini

Mirsadıq Ağazadə

Rejissor

Mirsadıq Xanoğlan oğlu Ağazadə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəində təhsil alıb. (1991-1996) 1997-ci ildə 215 KL, TGRT (Azərbaycan proqramları) (1997-1999), Azərbaycan Televiziyasında (1994-2000), Lider TV-Sənədli filmlər departamenti (2001-2004), Space TV –Eksperimental layihələr departamentinin rəhbəri (2005-2010), İTV (2006-2015), ATV (2014-2016) telekanallarında uzun müddət rejissor olaraq çalışıb. 2015-2021-ci illərdə “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq edib. Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin Sədr müavinidir

Rejissor Mirsadıq Ağazadə rejissor Orxan Ağazadənin və təsvir rejissoru Ruslan Ağazadənin atasıdır.

FİLMOQRAFİYA:

  1. “Sərvət” – (1992, sənədli film) – rejissor, ssenari müəllifi
  2. “Qonaq” (1993, qısametrajlı film) – rejissor, ssenari müəllifi
  3. “Noktürn” (1996, sənədli film) – rejissor
  4. “Muğam” – (1997, bədii-sənədli film) – rejissor
  5. “Azərbaycan xalçaları” – (1997, sənədli film) – rejissor
  6. “Yaddaş” – (2000, sənədli film) – rejissor
  7. “Ocaq” – (2001, sənədli film) – rejissor
  8. “Aləmdə qalan səs” – (2002, sənədli film) – rejissor
  9. “Bayatı-Şiraz-Rekviyem” – (sənədli film) – rejissor, ssenari müəllifi
  10. “Körpü” – (2003, sənədli film) – rejissor, ssenari müəllifi
  11. “Altıaylıq” – (2005, sənədli film) – rejissor
  12. “İşiniz irəli” – (2005, sənədli film) – rejissor, ssenari müəllifi
  13. “Gecə qonağı” – (2005, qısametrajlı film) – rejissor
  14. “İlahi səda” – (2006, sənədli film) – rejissor
  15. “Sevirəm səni, Vətən!” – (2006, qısametrajlı silsilə filmlər) – rejissor, ssenaris müəllifi
  16. “Təməl” – (2007, sənədli film) – rejissor
  17. “İşıq və nur” – (2009, sənədli film) – rejissor, ssenari müəllifi
  18. “Hind yuxusu” – (2010, bədii-televiziya filmi) – rejissor
  19. “Ürək yaddaşı” – (2011, sənədli film) – rejissor
  20. “Aygün” – (2012, sənədli film) – rejissor
  21. “Şirvan şikəstəsi” – (2012, sənədli film) – rejissor
  22. “54 gün mühasirədə” – (2012, sənədli film) – rejissor
  23. “Səsimiz səhhətimiz” – (2012, sənədli film) – rejissor, ssenari müəllifi
  24. “Şərqin nəqşi cahanı” – (2013) – rejissor
  25. “Aidanın Levantiya ariyası” – (2014, sənədli film) – rejissor
  26. “Ocaqov” – (2014, sənədli film) – rejissor, ssenari müəllifi
  27. “Nağara” – (2016, sənədli film) – rejissor, ssenari müəllifi
  28. “Musiqinin Məcnunu” – (2017, sənədli film) – rejissor, ssenari müəllifi
  29. “Eviniz abad” – (2018, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  30. “Azərbaycanda gəmiçilik” – (2018, sənədli film) – rejissor
  31. “Sizə məktub var” – (2018, sənədli film) – rejissor
  32. “Köşk” – (2018, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi