Əbdül Mahmudov
rеjissоr
(15.05.1944)
Əbdül Əlisa oğlu Mahmudbəyov (Şeyx Əbdül) indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şirvan-Qobustan bölgəsindəndir. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasında (1962-1966-SSRİ Xalq artisti, professor Adil İsgəndərovun sinfi), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (1971-1973, Leonid Trauberqin və Georgi Daneliyanın emalatxanası) təhsil alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi işləyib. Kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı (1986), Əməkdar incəsənət xadimi, Xalq artisti və Prezident təqaüdçisü, Respublika Baş Kino Mükafatı laureatı, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Təftiş Komissiyasının Sədridir. MYA-nın incəsənət doktorudur.
- https://www.youtube.com/watch?v=MgSz_0FyJe4
- https://kulis.az/xeber/senet/xeber___________________-8395
- https://www.adalet.az/mobil/177256
- http://www.sheki-ih.gov.az/az/news/1634.html
- https://oxu.az/culture/209650?fb_comment_id=1462369427173999_1462488183828790
- https://news.milli.az/culture/582364.html
FİLMOQRAFİYA:
- Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor
- Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor
- Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
- Cəlil Məmmədquluzadə (1966, qısametrajlı sənədli film) – rejissor assistenti
- Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – aktyor, rejissor assistenti
- Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – ikinci rejissor
- Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – aktyor
- Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – ikinci rejissor
- Dəli Kür (1969, tammetrajlı bədii film) – ikinci rejissor
- Şərikli çörək (1969, tammetrajlı bədii film) – aktyor (bazardakı alıcı)
- O qızı tapın (1970, tammetrajlı bədii film) – aktyor (mafioz qrupun üzvü)
- Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (Qasım)
- Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (Bəylər)
- Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktyor (Fikrət)
- Oxuyur Müslüm Maqomayev (1971, tammetrajlı sənədli film) – rejissor
- Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor (dərviş)
- Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – aktyor (fotoqraf)
- Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – aktyor (Qərib)
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (bolşevik)
- Qeyri-adi ov (1974, qısametrajlı bədii film) – rejissor (diplom filmi)
- Dörd bazar günü (1975, tammetrajlı bədii film) – aktyor
- Firəngiz (1975, tammetrajlı bədii film) – quruluşçu rejissor
- Əcəmi Naxçıvani (1976, qısametrajlı sənədli film) – quruluşçu rejissor
- Ömür-gün sevdası (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Sevinc buxtası (1977, tammetrajlı bədii film) – aktyor (Əbdül)
- Üzü küləyə (1977, tammetrajlı bədii film) – quruluşçu rejissor
- Şəhərlərin dostluğu (1978, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Diplom işi (1979, qısametrajlı bədii film) – aktyor (qızın qardaşı)
- Həyatın mənası (1979, qısametrajlı sənədli film) – rejissor
- Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor (Orxan)
- Gözlə məni (1980, tammetrajlı bədii film) – ikinci rejissor
- Qorxma, mən səninləyəm! (1981, tammetrajlı bədii film) – aktyor (kisəçi)
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – quruluşçu rejissor
- Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – quruluşçu rejissor (Hüseyn Mehdiyevlə birgə)
- Ağlar-güləyən (1988, qısametrajlı sənədli film) – aktyor
- Doğma sahillər (1989, tammetrajlı bədii film) – quruluşçu rejissor
- Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – quruluşçu rejissor, ssenari müəllifi
- Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (tatar Temir)
- Əlavə təsir (2010, tammetrajlı bədii film) – aktyor (Nazim Şeydayev)
- Şəbəkə (2011, qısametrajlı bədii film) – aktyor (Gülzarın atası Fərrux)
- Qan yaddaşımız (2013, qısametrajlı sənədli televiziya filmi) – quruluşçu rejissor,ssenari müəllifi
- 1 Şəhər motivləri – Dmitrov küçəsi 86 (2015, tammetrajlı bədii film, kinoalmanax) – aktyor
- 1 Şəhər motivləri – Zabit şərəfi (2015, tammetrajlı bədii film, kinoalmanax) – aktyor
- Kəklikotu (2017, tammetrajlı bədii film) – aktyor (polis rəisi)
- Qış nağılı – Biri vardı, biri yox… (2019, tammetrajlı bədii film) – aktyor
- Qış nağılı – Göydən üç alma düşdü… (2019, tammetrajlı bədii film) – aktyor
- Hozu ((tammetrajlı bədii film) – aktyor
