Əli İsa Cabbarov
kinorejissor
(20.09.1974)
Əli İsa Cabbarov (Əli Xakidani) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən “Azərbaycantelefilm”də çalışıb. 2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. 2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, 2008-ci ildən “Fokus” analitik kino jurnalının naşiri, “Fokus” Yaradıcı Gənclərin Kino Evi layihəsinin rəhbəridir. Butafilm kino şirkətində prodüser olaraq çalışıb. Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
- https://sputnik.az/20211112/eli-sa-cabbarov-produser-bir-camadan-pulu-olan-yox-ideyasi-olan-adamdir-435103918.html
- https://azlogos.eu/%C9%99li-isa-cabbarov-muxalif%C9%99t-ziyalilarla-dialoq-qura-bilmir/
- https://azerforum.com/az/dayaz-yay-kinoteatrlari-pandemiyanin-kinomuza-vurdugu-zereri-azalda-biler-eli-isa-cabbarov
- https://qaynarinfo.az/az/ah-ismayildan-yox-sayat-novadan-film-cekerdim-eli-isa-cabbarovla-soehbet-ii-hisse
- https://kulis.az/xeber/eli-isa-cabbarov/yazarlar/tanrim-meni-bagisla-43448
FILMOQRAFIYA:
- Leyli və Məcnun (III) (1996, tammetrajlı film-tamaşa) – rejissor assistenti, aktyor
- Muzey (1996, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (1996, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – rejissor
- Borçalı elləri. Qaraçöp (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Zirvədən boylanan Xınalıq (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Dədəgünəş (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Kontrast (2000, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ana duasından başlanan yol (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Meşənin nağılı (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Tanrıya tapınan Kiş (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Zaqatala qoruğu (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Altay Məmmədov (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Bir ana tanıyıram (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Çiçi xalçaları (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Gəldim, gördüm, sevdim… (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Pir Hüseyn xanəgahı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – rejissor
- Dünya şöhrətli məzun (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Əkrəm Əylisli. İşıq həsrəti (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Əyalət teatrının tarixçəsi (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Həyəcan təbili (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Molokanlar. Saf ruh (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Teatr (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yaxşı adam haqqında (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Çalış nəfəs alma (2005, qısametrajlı bədii film) – icraçı prodüser
- İlahi səda (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Küsnət (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Arpaçay (2006, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Günəş şəhəri (2006, qısametrajlı sənədli film) – ssenari müəllifi, prodüser
- Şərur yallısı (2006, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Ev (2007, qısametrajlı bədii film) – prodüser
- Düyün (2008, qısametrajlı bədii film) – rejissor, prodüser
- Kuklalar, adamlar… (2008, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Qanadlarıma sığal çək (2008, qısametrajlı bədii film) – aktyor
- Yalançılar (2008, qısametrajlı bədii film) – prodüser
- Arxası qibləyə (2009, qısametrajlı bədii film) – prodüser
- Teatral həyat (2009, qısametrajlı bədii film) – prodüser
- Akademik İmam Mustafayev (2010, qısametrajlı sənədli film) – prodüser
- Neftlə çəkilmiş portret (2010, qısametrajlı sənədli film) – rejissor, prodüser
- Sonuncu (2011, tammetrajlı bədii film) – prodüser
- Qarğıdalı (2012, qısametrajlı sənədli film) – prodüser
- Yuva (2012, qısametrajlı bədii film) – icraçı prodüser
- Mənim tanıdığım Vaqif (2015, qısametrajlı sənədli film) – rejissor, icraçı prodüser
- Nar bağı (2017, tammetrajlı bədii film) – assosiativ prodüser, xətt prodüseri
- Təzadlar (qısametrajlı sənədli televiziya filmi) – rejissor
