Ağanağı Axundov
Kinorejissor
(13.10.1928 – 26.08.2002)
Ağanağı Yaqub oğlu Axundov 13 oktyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məkltəbinə daxil olmuş,həmin məktəbi orta məktəblərdə rəsm və rəsmxət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Ağanağı Axundov 1963-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun animasiya filmlərinin quruluşçu rejissoru ixtisasına yiyələnərək bitirmişdir. 26 oktyabr 1964-cü ildə hərbi xidməti başa vuran Ağanağı Axundov 1967-ci ildə Kinematoqrafiya İttifaqına, 1980-cı ildə isə Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.A.Axundov cizgi filmləri cizgi filmləri ilə yanaşı bir sıra bədii və sənədli filmlərdə də çalışmışdır.(“İnsan məskən salır”-geyim üzrə rəssam, “Gecə qatarında qətl-quraşdırılmış səhnələrin rəssamı).Azərbaycan kinosuna verdiyi töhvələrə görə A.Axundov 30 oktyabr 1989-cu ildə Əmək veteranı ordeni ilə təltif edilmişdir.Ağanağı Axundov 2002-ci il avqustun 26-da vəfat etmişdir.
Filmoqrafiya:
- 1974 – “Pıspısa xanım və siçan bəy”
- 1975 – “Cücələrim”
- 1976 – “Aslan və iki öküz”
- 1976 – “Fitnə”
- 1982 – “Sən belə cumbulusan”
- 1984 – “Sehrli naxışlar”
- 1989 – “Yaz oyunları”