Arzu Urşan
Rejissor
(15.07.1968)
Arzu Urşan (Arzu Məmmədova Urşan qızı) Sumqayıtda anadan olub. Musiqi məktəbinin fortepiano sinfində (1984-1988), Moskva Dövlət Mədəniyyət İnstitutunun dram rejissoru fakültəsində (1990-1994), Rusiya Teatr Sənəti Akademiyasının teatrşünaslıq ixtisasında (1992-1998) təhsil alıb. Moskva Dövlət Estrada Teatrında (1994-1997), Bakıda Rüstəm İbrahimbəyovun Milli Kinematoqrafiya Mərkəzində (2000-2002), Azərbaycan televiziyasında (2000-2006) çalışıb. 2009-cu ildən Moskvada fəaliyyət göstərən “AzBuki” Prodüser Mərkəzində çalışıb.
- http://kinobiz.az/celebrity/arzu-ursan/
- https://az.trend.az/azerbaijan/culture/2058997.html
- https://www.youtube.com/watch?v=dl4ZBckqRe0
- http://regionplus.az/az/articles/view/2291
- https://sesqazeti.az/news/culture/174657.html
FILMOQRAFIYA:
- Etimad telefonu (2001, tammetrajlı bədii film) – rejissor assistenti
- Odla qol-boyun (2002, qısametrajlı bədii film) – ikinci rejissor
- Yeraltı və yerüstü xəzinə (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Cəsur zərifin seçimi… (2009, qısametrajlı sənədli televiziya filmi) – ikinci rejissor
- Onegin Hacıqasımov. İki həyat (2010, qısametrajlı sənədli film) – rejissor
- Novruzun melodiyası (2011, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ədalət naminə… (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Təqib (II) (2012, tammetrajlı bədii film) – rejissor
- Bəşəriyyətə məhəbbətlə!… (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Tarın sədaları. Mansurovlar (2013, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Əbədi məhəbbət nağılı… (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Böyük ustadın sirləri… ( qısametrajlı sənədli televiziya filmi) – rejissor

Kontakt:012 431 77 31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.