loading

Cəmil Fərəcov

 rejissor

(13.02.1946)

Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1964-cü ildə Bakıda 34 nömrəli orta məktəbin 10-cu sinfini bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olunub və 1969-cu ildə oranı bitirib. Təhsil illərində kinoya və teatra həvəs göstərib – institutun həvəskar kinostudiyasının və “Spektr” adlı tələbə teatrının təşkilatçılarından biri olub. Elə həmin il Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1974-cü ildə bitirmişdir. 1970-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddətdə onlarla sənədli filmlərin, “Mozalan” satirik kino jurnalı üçün süjetlərin, “Arvadım mənim, uşaqlarım mənim” bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. 1984-cü ildən 1990-cı ilə qədər “Azərbaycanfilm” kinostudiyasının partiya təşkilatının katibi, 1990-cı ildən 1995-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1973-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvüdür.
1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru olub.
1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat işləri üzrə katibi seçilib.
2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş idarəsinin müdiri, 2006-2012-ci illərdə
  Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.
1999-cu ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.  

Filmoqrafiya: 

 

1970 – “Xəzinə” (bədii) – quruluşçu rejissor

1971 – “Ağır şkaf” (bədii) – quruluşçu rejissor
1972 – “Azərbaycan məktəbi yüksəlişdə” (sənədli) – rejissor
1972 – “Mikayıl Abdullayev” (sənədli) – rejissor
1972 – “Yadigar” – (sənədli) rejissor
1972 – “Suvenir” (sənədli) – rejissor
1973 – “Musaküçə kəndinin sakinləri” (sənədli) – rejissor
1974 – “Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri” (sənədli) – rejissor
1975 – “Azərbaycan – 75” (sənədli) – rejissor, ssenari müəllifi
1975 – “Qızıl balıq” (sənədli) – rejissor
1975 – “Yeraltı əhvalat” (sənədli) – rejissor
1976 – “Azərbaycanda dəniz səyahəti” (sənədli) – rejissor, ssenari müəllifi
1976 – “Həmrəylik məşəli” (sənədli) – rejissor
1977 – “Zamanın baş magistralı” (sənədli) – rejissor
1978 – “Arvadım mənim, uşaqlarım mənim” (bədii) – quruluşçu rejissor
1978 – “Alov əsgərləri” (sənədli) – rejissor
1979 – “Faytonçu” (sənədli) – rejissor
1979 – “Sənin həyat mövqeyin” (sənədli) – rejissor
1980 – “Gəmiqaya” (sənədli) – rejissor
1981 – “Əməllərin estafeti” (sənədli) – rejissor
1982 – “Ailə” (sənədli) – rejissor
1982 – “Ev dirəyi-el dirəyi” (sənədli) – rejissor
1983 – “Cəh-cəh həsrətində” (sənədli) – rejissor
1984 – “İkinci həyat” (sənədli) – rejissor
1985 – “Biz Azərbaycandanıq” (sənədli) – rejissor
1986 – “Gecikmiş gündəlik” (sənədli) – rejissor, ssenari müəllifi
1987 – “Fərhad” (sənədli) – rejissor, ssenari müəllifi
1989 – “Tutulma” (sənədli) – rejissor, ssenari müəllifi
1990 – “Ayna və Həmid” (sənədli) – rejissor, ssenari müəllifi
1992 – “Azərbaycan və Nobel qardaşları” (sənədli) – rejissor
1994 – “Neft maşınqayırmasının flaqmanı” (sənədli) – rejissor
1996 – “Azərbaycan kinosu-80” (sənədli) – rejissor, ssenari müəllifi
1996 – “Suya səyahət” (sənədli) – rejissor
1998 – “Sən həmişə bizimləsən” (sənədli) – rejissor, ssenari müəllifi
2000 – “Bu-Naxçıvandır” (sənədi) – rejissor
2007 – “Almaniya-Azərbaycan dostluq əlaqələri” (sənədli) – rejissor
2008 – “Üçüncü zəng” (sənədli) – rejissor, ssenari müəllifi

Hüquqvarisi:-
Əlaqə:012 440 26 48; +994 50 320 26 92
Ünvan:AZ1022, Bakı şəhəri, Kaveriçkina 13, mənzil 57.