Cəmil Quliyev
kinorejissor, prodüser
(03.07.1963)
Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb (1980-1985, A.Alov və V.Naumovun emalatxanası). 1984-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox bədii və sənədli filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti (1998-2006), Beynəlxalq Audiovizual Festivalın direktoru (2000-2005), Azərbaycan Dövlət Film Fondunun direktoru (2006-2013), AzTV Mədəniyyət kanalının direktoru (2011-2013), İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru (2013-2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri (2018-2019), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2019-2020) olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin professoru və Azərbaycan Dövlət Film Fondunun direktorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir (2012-ci ildən). “Humay” Milli Mükafatına (1998), “Əməkdar incəsənət xadimi” fəxri adına (2005), “Akademik Yusif Məmmədəliyev” medalına (2007), “Zirvə” mükafatına (2010), “Fəxri mədəniyyət işçisi” adına (2013), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə (2018) və 2019, 2020, 2021, 2022-ci illərdə Prezident Mükafatına layiq görülüb. 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir
Rejissor Cəmil Quliyev professor Elşad Quliyevin oğludur.
- https://teleqraf.com/news/art/335934.html
- https://azertag.az/xeber/Cemil_Quliyev_Azerbaycan_kinosunun_hazirki_inkisafi_umummilli_lider_Heyder_Aliyevin_adi_ile_baglidir-2373629
- https://525.az/news/77568-cemil-quliyev-yeniden-itv-nin-bas-direktoru-vezifesine-namizedliyini-verdi
- https://az.trend.az/azerbaijan/culture/2050938.html
- https://news.milli.az/culture/129370.html
Filmoqrafiya:
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – aktyor (Kərimov)
- Marş (1982, qısametrajlı bədii film) – rejissor
- Balıq günü (1983, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Bayramda yağış (1985, qısametrajlı bədii film) – rejissor
- Köç (1986)
- Bu da bir naxışdır (1987)
- Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – rejissor
- Qarət (1988)
- Murad-sad (1988, qısametrajlı bədii film) – aktyor
- Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – rejissor, aktyor (Nazlının qohumu)
- Ekskursiya (1991)
- Subaylarınızdan görəsiniz (1991)
- Banqladeş qonaqları (1992, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Etiraf (1992, tammetrajlı bədii film) – ssenari müəllifi, bədii rəhbər
- Həsənbəy Zərdabi (1992, qısametrajlı sənədli film) – rejissor
- Qovlar (1992, qısametrajlı sənədli film) – rejissor
- Yol (1993)
- Qala (1994)
- General de Qol (1995)
- Yarasa (1995, tammetrajlı bədii film) – bədii rəhbər
- Ömər Eldarov (1997)
- General Hüseyn Rəsulbəyov (1998, qısametrajlı sənədli film) – rejissor
- Kədərimiz… Vüqarımız… (1998, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Hotdoq (1998, qısametrajlı bədii film) – aktyor
- Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (türk)
- Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – aktyor (həkim)
- Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – rejissor
- İzzət Orucova (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Kinorejissor Arif Babayev (2000, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Bir ömrün sədasl (2000)
- Kinorejissor Həsən Seyidbəyli (2002, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Həyatın duzu (2003, qısametrajlı bədii film) – aktyor
- Fikrət Əmirov (II) (2004, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Nəfəs (2007, qısametrajlı bədii film) – bədii rəhbər
- Qocalar (2008, qısametrajlı bədii film) – məsləhətçi
- Bir addım (2009, qısametrajlı bədii film) – bədii rəhbər
- Adın sirri və tale. Qurban Səid (2010, qısametrajlı sənədli film) – bədii rəhbər
- Sahə (2010, tammetrajlı bədii film) – bədii rəhbər
- Mayak (2012, qısametrajlı bədii film) – kreativ prodüser
- Qara bağ (2015, qısametrajlı bədii film) – bədii rəhbər
- Məni izləyən müəmma (2019) – məsləhətçi
- Titrəmə (2020) – prodüser
- Sizə məktub var (2020) – prodüser
- Daxildəki ada (2020) – prodüser
