Cahangir Mehdiyev

rejissor

(13.01.1951)

Əməkdar incəsənət xadimi (2000), Əməkdar məşqçidir (1998).

13.01.1951-ci ildə Bakı şəhərində anadan olub.1968-1973-cü illərdə Mirzağa Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakultəsində, 1974-1979-cu illərdə Moskva ÜDKİ-nin rejissorluq fakultəsində Georgi Daneliyanın emalatxanasında təhsil alıb.

Sənətdə ilk addımlarını 6 yaşında ikən Lətif Səfərovun “Bakı və bakılılar” filmində atıb.
Diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında “Sevgi, sevgi” teatr tamaşasına və Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında “Yumoristik novellalar” adlı televiziya tamaşasına quruluş verib (1973).
“Diplom işi” adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilib, mükafatlara və diplomlara layiq görülüb. “Mosfilm” kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda “Vax!” kinokomediyası “Ən yaxşı rejissor işinə görə”, Minsk şəhərindəki kinofestivalda isə “Ən yaxşı komediya işinə görə” mükafat alıb (1980).
Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədi-kütləvi meydan tamaşasının quruluşçu rejissoru olub (1980).
“Azərbaycanfilm” kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi işləyib (1979-1990). Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru (1990-1995), Boulinq Federasiyasının vitse-prezidenti (1998-2007), “Mozalan” studiyasının direktoru və bədii rəhbəri olub (1998-2007). Bir müddət Lider televiziyasında çalışıb, “Sağlam bədəndə sağlam ruh” adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub (2001-2005). Azərbaycan Televizya və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib (2007-2016). 2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır. 2022-ci ildə Azərbayucan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) və “Afonya” (1975, rejissor Georgi Daneliya / Rusiya) filmlərində çəkilib.
Rejissor Cahangir Mehdiyev rejissor Elnur Mehdiyevin atasıdır.
  1. http://anl.az/down/meqale/medeniyyet/2011/yanvar/150460.htm
  2. https://olimpnews.az/post/423/cahangir-mehdiyev-%C2%ABsenet-zirvesi-goyde-parlayan-ulduz-kimidir-ona-teref-getmek-olar-chatmaq-ise%E2%80%A6%C2%BB-423
  3. https://ikisahil.az/post/102547-news-102547
  4. http://az.baku-art.com/az/bu-gun-taninm-sh-kinorejissor-aktyor-ssenari-m-ellifi-cahangir-mehdiyevin-dogum-g-n-d-r
  5. https://aki.az/kisi-sozu-filminin-c%C9%99kilisind%C9%99n-35-il-kecir/

FİLMOQRAFİYA:

  • 1957 – “Bakı və bakılılar” (qısametrajlı sənədli film, aktyor)
  • 1969 – “Dəli Kür” (tammetrajlı bədii film, aktyor)
  • 1975 – “Afonya” (bədii film, aktyor)
  • 1976 – “Dərviş” (qısametrajlı bədii film, rejissor)
  • 1978 – “Araşdırın” (qısametrajlı bədii film, rejissor)
  • 1978 – “Mimino” (bədii film, aktyor-təyyarəçi)
  • 1979  “Diplom işi” (qısametrajlı bədii film, rejissor, ssenari müəllif)
  • 1980 – “Vah” (qısametrajlı bədii film, rejissor)
  • 1981 – “Nar” (qısametrajlı sənədli film, rejissor)
  • 1982 – “M.F.Axundov” (II) (qısametrajlı sənədli film, rejissor
  • 1983 – “Evlənmək istəyirəm” (tammetrajlı bədii film, rejissor
  • 1986 – “Kin dza dza” (bədii film, aktyor-yadplanetli)
  • 1987 – “Kişi sözü” (tammetrajlı bədii film, rejissor, aktyor)
  • 1988 – “Gənc qadının kişisi” (tammetrajlı bədii film, rejissor)
  • 1991 – “Girişmə öldürər” (tammetrajlı bədii film, rejissor
  • 1998 – “Ailə” (tammetrajlı bədii film, aktyor
  • 1998 – “Məhəbbətin hökmü” (tammetrajlı bədii film, bədii rəhbər, aktyor)
  • 2000 – “Rəhilə Həsənova ” (qısametrajlı sənədli televiziya filmi, rejissor)
  • 2002 – “Hacı Qara” (IV) (tammetrajlı bədii film, rejissor, ssenari müəllifi)
  • 2007 -“Qüdsi” (qısametrajlı sənədli televizya filmi, rejissor, ssenari müəllifi)
  • 2007 – “Ömür urası” (qısametrajlı sənədli televiziya filmi, rejissor)
  • 2008 – “Cİ-Mİ” (2 seriyalı tammetrajlı bədii film, rejissor)
  • 2008 – “Elturan Avalov” (qısametrajlı sənədli televiziya filmi, rejissor)
  • 2008 – “Saxurlar” (qısametrajlı sənədli televiziya filmi, rejissor)
  • 2009 – “Rüstəm İbrahimbəyov-70” (qısametrajlı sənədli film, rejissor)
  • 2010 – “Məxfi planlar” (2 seriyalı tammetrajlı bədii televiziya filmi, rejissor)
  • 2010 – “Süleyman Rəhimov” (qısametrajlı sənədli televiziya filmi, rejissor)
  • 2012 – “Nargin” (qısametrajlı sənədli televiziya filmi, rejissor
  • 2012 – “Dialektika-20 il” (tammetrajlı bədii-sənədli televiziya filmi, AR Milli Olimpiya Komitəsi) – rejissor
  • 2015 – “Gücümüz həmrəylikdədir” 1-ci film-quruluşçu rejissor (MOK)
  • 2015 – “Gücümüz həmrəylikdədir” 2-ci film-quruluşçu rejissor (MOK)
  • 2015 – “Gücümüz həmrəylikdədir” 3-cü film-quruluşçu rejissor (MOK)
Cahangir Mehdiyev
Əlaqə:+994 12 494 49 92; +994 50 312 88 77; 055 781 18 00
Ünvan:S.Əsgərova küçəsi 64, mənzil 10