Ceyhun Mirzəyev

kinorejissor, kinoaktyor

(09.04.1946 – 05.03.1994)

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb. Uşaq yaşlarından filmlərə çəkilməyə başlayıb. 12 yaşında olanda isə “Ögey ana” filmində İsmayıl obrazını yaratmaqla kinoda ən böyük uğurunu qazanıb. Ceyhun Mirzəyev “Azərbaycafim” kinostudiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib. Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” (1962) filmində baş rolun ifaçısı olub. “Mozalan” satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı bir çox süjetlərin də müəllifi olub. Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi müəllifin son işidir. Lakin özü bu filmin premyerasında iştirak edə bilməyib. Belə ki, Ceyhun Mirzəyev 1994-cü ildə qəfil ürək tutmasından dünyasını dəyişib.

  1. https://kulis.az/xeber/media/feryadin-cekilisinde-ona-sui-qesd-teskil-etmisdiler-colorredceyhun-mirzeyevden-maraqli-faktlarcolor-29139
  2. https://aqreqator.az/az/medeniyyet/546571
  3. http://www.anl.az/down/meqale/uc_noqta/2018/iyul/600390.htm
  4. https://news.milli.az/culture/332692.html
  5. https://modern.az/az/news/12800/ismayilin-feryadinda-sonen-ceyhun

FİLMOQRAFİYA: 

  • Görüş (1955, tammetrajlı bədii film) – aktyor (Şıxəlinin oğlu)
  • Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor (qəzet satan)
  • Ögey ana (1958, tammetrajlı bədii film) – aktyor (İsmayıl)
  • Əsl dost (1959, tammetrajlı bədii film) – aktyor (Fərmanın uşaqlığı)
  • Koroğlu (1960, tammetrajlı bədii film) – aktyor (Ceyhun)
  • Matteo Falkone (1961, qısametrajlı bədii film) – aktyor (Fartunato)
  • Kimi daha çox sevirik – Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (Səməndər)
  • Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (dərzi şagirdi Teymur)
  • İstintaq davam edir (1966, tammetrajlı bədii film) – aktyor (protez emalatxanasından olan oğlan)
  • Qanun naminə (1968, tammetrajlı bədii film) – aktyor (Absalam)
  • Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Osman)
  • Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – rejissor assistenti
  • Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – rejissor assistenti
  • Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – aktyor (əsgər)
  • Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (İbadulla)
  • Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – rejissor
  • Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (tacir)
  • İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – rejissor
  • Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor
  • Lətifə (1989, tammetrajlı bədii film) – aktyor (Məmmədov)
  • Sabaha ümidlə baxanlar (1991, qısametrajlı sənədli film) – rejissor
  • Salam, Salyan (1991, qısametrajlı sənədli film) – rejissor
  • Şərabçıyam, şərabçı (1991, qısametrajlı sənədli film) – rejissor
  • 777 №-li iş (1992, tammetrajlı bədii film) – rejissor
  • Fəryad (1993, tammetrajlı bədii film) – rejissor, aktyor (İsmayıl)
Hüquqvarisi: Qızı Cəmalə Mirzəyeva
Əlaqə:+994 50 862 86 32
Ünvan:AZ1073, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 535-ci kvartal, ev 17, mənzil 30.