Ceyhun Şüküroğlu
Rejissor
(13.01.1973)
Ceyhun Şüküroğlu (Ceyhun Cümşüdov Şükür oğlu) Şabranda (Dəvəçi) anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001). Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, Azərbaycan televiziyasında və İctimai televiziyada (2006-2019) rejissor kimi çalışıb. “Sözün sehri”, “Ədəbi ensiklopediya”, “Azərbaycan klassikləri”, “Miniatürlər”, “Felyetonlar”, “Bir kəndin nağılı” verilişlərinin rejissoru olub. Vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub (2017). Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır (2019). Hazırda Space TV-nin əməkdaşıdır.
- https://kulis.az/xeber/senet/xeber________________________________-10670
- http://www.anl.az/down/meqale/medeniyyet/2018/fevral/579715.htm
- https://www.xalqcebhesi.az/news/accident/26222.html
- https://nezermedia.az/medeniyyetvemaqazin/41525-yollar-uzanan-gun-filminin-teqdimat-merasimi-kecirilecek.html
FILMOQRAFIYA:
- “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – aktyor (Oğuz döyüşçüsü)
- Yanmış körpülər (2003-2007, bədii serial) – rejissor assistenti
- Şans (2004, tammetrajlı bədii film) – rejissor assistenti
- Qovğalı kəndinin gecələri (2008, qısametrajlı bədii film) – prodüser, aktyor (qonşu oğlan)
- Sonuncu dərviş (2009, tammetrajlı bədii film) – aktyor (Elistratovun köməkçisi), inzibatçı
- 220 №-li otaq (2010, qısametrajlı bədii film) – aktyor
- Bizim jek (2010, bədii serial) – rejissor, aktyor
- Saqqallı uşaq (2010, qısametrajlı bədii film) – rejissor
- Bakı vaxtı (2010-2016, sənədli serial) – rejissor, prodüser
- Gəl təzədən evlənək (2011, tammetrajlı bədii film) – rejissor, aktyor
- Bənzərəm bir qocaman dağa ki… (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Döyüşən qadınlar (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Üç görüş (2012, tammetrajlı bədii film) – rejissor
- Pirəbədil xalçası (2012, sənədli film) – rejissor
- Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Dələduzlar (2014, tammetrajlı bədii film) – aktyor (polis işçisi)
- Yollara uzanan gün (2014, qısametrajlı bədii film) – rejissor
- Bir kəndin nağılı (2014, sənədli film) – rejissor
- Bakı vağzalı (2014, – sənədli film) – rejissor
- 28 may küçəsi (2014, sənədli film) – rejissor
- İmtahan (II) (2017-2020, bədii serial) – aktyor (Sadiq)
- İşğal. Zəngilan (2018, qısametrajlı sənədli televiziya filmi) – rejissor
