Elçin Axundov
kinorejissor, kino rəssamı, animator
(07.02.1948)
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olub. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini və “Azərbaycanfilm” kinostudiyasının nəzdində iki illik “animasiya rəssamı” kursunu bitirib. Lvov Poliqrafiya İnstitutunda qrafika fakültəsində təhsil alıb (1978). 1966-cı ildən indiyə qədərkino sahəsində quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi çalışır. Kiçik yaşlı uşaqlar üçün “Sənin ilk kitabın” silsiləsindən olan “Qarış-qarış öyrən və çalış”, “Ekoloji əlifba”, “Əlifba 1” və “Əlifba 2”, hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-2000-ci illər “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-2012-ci illərdə direktoru vəzifəsində işləmişdir. Əməkdar mədəniyyət işçisi (2000), “Qızıl çıraq və “Naməlum kino” festivallarının qalibidir. 2002-ci ildə Qahirə Uşaq Festivalının, 2010-cu ildə Qazaxstan Respublikasının “Altın Jebe” Festivalının, 2011-ci və 2012-ci illərdə “Animayovka” animasiya festivallarının münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. 2016-cı ildən bu günədək “Qurama” Uşaq Animasiya Studiyasının nədii rəhbəri kimi fəaliyyətinin davam etdirir. 2018-ci ildı I Bakı Beynəlxalq Animasiya Festivalı “ANİMAFİLM 2018”-in təşkilat komitəsinin üzvü və münsiflər heyətinin sədri olub.
- https://kulis.az/xeber/senet/elcin-hami-axundov-xalq-ressami-adini-ozum-istememisem-musahibe-42323
- https://sputnik.az/20220925/elcin-hami-axundov-butun-donemlerde-animasiya-filmlerine-ogey-munasibet-beslenib—vdeo-446186207.html
- http://www.anl.az/down/meqale/525/2010/fevral/107982.htm
- https://www.youtube.com/watch?v=ATAfTfh2Rsw
- https://kaspi.az/az/rejissor-elcin-axundovun-70-illiyi-qeyd-edilib
- https://big.az/336259-danisdigin-yalan-qarsindakina-zerer-vermemelidir-taninmis-ressam-video.html
- https://yarpaq.az/az/elcin-hami-axundov-disneyde-200-azerbaycanda-cemi-3-animator-var/
FİLMOQRAFİYA:
1969 – “Cırtdan” (rəssam dekorator)
1970 – Aslan və iki öküz” (fazaçı rəssam)
1970 – “Fitnə” (animator)
1970 – “Ayı və siçan” (rəssam dekorator)
1973 – “Bulud niyə ağlayır?” (rəssam assistenti)
1974 – “Şahzadə qara qızıl” (rəssam assistenti)
1974 – “Pıspısa xanım və siçan bəy” (rəssam ssistenti)
1974 – “Qız, oğlan və şir” (kino rəssamı)
1976 – “Pəncə, qulaq, palaz, tikan) (rejissor assistenti)
1976 – “Dınqıl, sazım, dınqıl” (quruluşçu rəssam)
1976 – “Şah və xidmətçi” (quruluşçu rəssam)
1977 – “Daş” (quruluşçu rəssam)
1977 – “Kirpi balası və alma” (quruluşçu rəssam)
1979 – “Toral və Zəri” (quruluşçu rəssam)
1980 – “Meşəyə insan gəlir” (quruşuçu rəssam)
1981 – “Cırtdan-pəhləvan” (quruluşçu rəssam)
1982 – “Uşaq və külək” (rejissor)
1983 – “Cırtdan və div” (quruluşçu rəssam)
1983 – “U,çan zürafə” (quruluşçu rəssam)
1983 – “Beşilliyin addımları” (sənədli film, rejissor)
1984 – “Təqib” (quruluyşçu rəssam)
1985 – “Humayın yuxusu” (quruluşçu rəssam)
1985 – “Sakit Yonun macəraları” (quruluşçu rəssam)
1985 – “Sınaq” (quruluşçu rəssam)
1987 – “Lovğa fil balası” (quruluşçu rəssam)
1988 – “Əndazədən çıxanda” (“Məclis novellası”) (rejissor, quruluşçu rəssam)
1990 – “Güzgü” (rejissor, quruluşçu rəssam)
1991 – “Yalançı çoban” (quruluşçu rəssam)
1992 – “Ümid” (rejissor)
1992 – “Dəniz səyahəti” (rejissor, quruluşçu rəssam)
1994 – “Söhbətül əsmar” (rejissor, quruluşçu rəssam)
2002 – “Cavanşir” (rejissor, quruluşçu rəssam)
2003 – “Ayna” (rejissor, quruluşçu rəssam)
2004 – “Qızıl” (rejissor, quruluşçu rəssam)
2007 – “Siçan və pişik” (bədii rəhbər)
2009 – “Cəsur təyyarə” (bədii rəhbər)
2009 – “Tırtılın arzusu” (bədii rəhbər)
2011 – “İlbizin evi” (rejissor, quruluşçu rəssam)
2012 – “Balaca ev” (bədii rəhbər)
2016 – “Lalənin arzusu” (bədii rəhbər)
2016 – “Arifin sevinci” (bədii rəhbər)
2016 – “Ana və üç oğul” (bədii rəhbər)
2016 – “Əli müəllimin hekayəsi” (bədii rəhbər)
2016 – “Dəcəl pişik” (bədii rəhbər)
2016 – “Böyük qardaşın köməyi” (bədii rəhbər)
2016 – “Qarışqa və fil” (bədii rəhbər)
2016 – “İlk qar” (bədii rəhbər)
2016 – “Şən qızlar” (bədii rəhbər)
2016 – “Parkda” (bədii rəhbər)
2017 – “Yol qəzasl” (bədii rəhbər)
2017 – “Novruz bayramı” (bədii rəhbər)
2017 – “Novruz adətləri” (bədii rəhbər)
2017 – “Tomi bahar bayramında (bədii rəhbər)
2017 – “Kənd səyahəti” (bədii rəhbər)
2017 – “Delfin və qızlar” (bədii rəhbər)
2017 – “Vətən qayğısı” (bədii rəhbəri)
2017 – “İtmiş fil balası” (bədii rəhbər)
2017 – “Dünyanın ən gözəl bayrağı” (bədii rəhbər)
2018 – “Urana uçuş” (bədii rəhbər)
