Elçin Musaoğlu
kinorejissor
(11.07.1966)
Elçin Musaoğlu 11 iyul 1966 – cı ildə Bakıda anadan olub.1983-1990 illərdə Mirzəağa Əliyev adında ADİİ-nun rejissorluq fakültəsində , 1989-1990-cı illərdə Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb. 1990-cı ildə “Azərbaycanfilm” kinostudiyasında, 1992 Akademstudiyada, 1994-2004- cü illərdə “Azərbaycantelefilm” YB-də çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli filmçilər Birliyinin üzvüdür.
“Əl Cəzirə”, “40-cı qapı”, ilk Qızıl Pəri festivalında “Nabat” filmi “Ən yaxşı bədii film” nominasiyasına və bir çox filmləri mükafatlara layiq görülmüşdür.
Filmoqrafiya:
1990 – “Leyli və Məcnun”
1994 – “Qatil” – quruluşçu rejissor
1995 – “P.S.” – rejissor
1996 – “Valın üçüncü üzü” – quruluşçu rejissor
1997 – “Qum dənəsi” – quruluşçu rejissor
1997 – “Səmt küləyi” – quruluşçu rejissor
1998 – “Səyyahın Gündəliyi”
1998 – “Söz uşaqlara verilir” – quruluşçu rejissor
1998 – “Azad Mirzəcanzadə” – quruluşçu rejissor
1999 – “Rüstəm haqqında” – quruluşçu rejissor
2000 – “Hər şey olduğu kimi.Arşın mal alan-55.IV film” – quruluşçu rejissor
2000 – “Hər şey olduğu kimi.Rəşid Behbudov.V film” -quruluşçu rejissor
2000 – “Hər şey olduğu kimi.Əminə Dilbazi” – quruluşçu rejissor
2000 – “Günəş və bulud” – quruluşcu rejissor
2000 – “İsmixan Rəhimov” – quruluşçu rejissor
2000 – “Küyçü Həmid” – quruluşçu rejissor
2000 – “O Quzeylər” – quruluşçu rejissor
2000 – “Tofiq Bakıxanov” – quruluşçu rejissor
2001 – “Bir qəlbin iki dastanı” – quruluşçu rejissor
2001 – “Gəmiqaya” – quruluşçu rejissor
2001 – “Havalansın Xanın səsi” – quruluşçu rejissor
2001 – “Qaya” – quruluşçu rejissor
2001 – “Mingəçevir.Birinci film” – quruluşçu rejissor
2001 – “Mingəçevir.İkinci film” – quruluşçu rejissor
2001 – “Rəşid Behbudov”- quruluşçu rejissor
2001 – “Ruhun rəngləri” – quruluşçu rejissor
2001 – “Şəfiqə Baxşəliyeva” – quruluşçu rejissor
2001 – “Usta Rəşid” – quruluşçu rejissor
2002 – “Basqal” – quruluşçu rejissor
2002 – “Fotoqraf” – quruluşçu rejissor
2002 – “Gözümün işığı”- quruluşçu rejissor
2002 – “Gülağa Məmmədov” – quruluşçu rejissor
2002 – “Lütfiyar İmanov” – quruluşçu rejissor
2002 – “Maestro” – quruluşçu rejissor
2002 – “Mariya Titorenko” – quruluşçu rejissor
2003 – “Durnalar qayıtdı” – quruluşçu rejissor
2003 – “Firəngiz Əhmədova”- quruluşçu rejissor
2003 – “Şüşə oyuncaqlar” – quruluşçu rejissor
2005 – “Nur payı” – quruluşçu rejissor
2006 – “Qamış şəhərinin Yuxuları” -quruluşçu rejissor
2006 – “Mən kitabımı başlayıram” -quruluşçu rejissor
2007 – “Günəş və bulud-2” -quruluşçu rejissor
2007 – “Qaşqayın son proqnozu” -quruluşçu rejissor
2009 – “40-cı qapı” -quruluşçu rejissor
2014 – “Nabat” -quruluşçu rejissor
