Əliqulu Səmədov

rejissor, aktyor
(19.08.1953)

Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub, hazırda fəaliyyətini kinostudiyada davam etdirir. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. t2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır…” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin ikinci rejissoru olub.

Azərbaycan Kinematorafçılar İttifaqının üzvüdür (1991). Əməkdar artistdir (2011).

  1. http://www.anl.az/down/meqale/adalet/2011/noyabr/211593.htm
  2. https://www.youtube.com/watch?v=4Ue7-_PBYYY
  3. https://modern.az/read/15935/site_url/lang/news/cat/70
  4. https://tv.ikisahil.az/post/251609-azerbaycanin-ilk-zefer-filmi-chekilib
  5. https://www.medeniyyet.az/page/news/10153/-Emekdar-artistle-gorus.html?lang=en

FILMOQRAFIYA:

  1. Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor
  2. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (alıcı)
  3. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – aktyor
  4. Nizami (III) (1982, tammetrajlı bədii film) – aktyor (Osmanın oğlu)
  5. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (musiqiçi)
  6. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – aktyor (Səməd)
  7. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Əliqulu)
  8. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (İran zabiti)
  9. Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (sürücü)
  10. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – aktyor (sürücü)
  11. Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – aktyor (biçinçi)
  12. Afroditanın qolları (1987, qısametrajlı bədii film) – aktyor (yanğınsöndürən idarəsinin işçisi)
  13. Araqarışdıran (1987, tammetrajlı bədii film) – aktyor (komsomol katibi)
  14. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – aktyor (qocanın cavanlığı)
  15. Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor
  16. Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (milis işçisi)
  17. Mateo-Falkone (1989, qısametrajlı bədii film) – aktyor (qaçqın)
  18. Alfa proyekti (1990, bədii film) – aktyor (şturman Səmədov)
  19. Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (natiq)
  20. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – aktyor (zabit)
  21. Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (məclisdəki qonaq)
  22. Qisas (1991, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (sürücü Əjdər)
  23. Tələ (1991, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
  24. Cəhd (1992, bədii film) – aktyor (kapitan Səmədov)
  25. 777 №-li iş (1992, tammetrajlı bədii film) – aktyor
  26. Qara qış (1992) – (İRAN) – ikinci rejissor
  27. Onlar da insandır – (1993, Türkiyə) – ikinci rejissor
  28. Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – aktyor (türk satıcı)
  29. Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (elçi gələn qonaq)
  30. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (dördüncü igid)
  31. Kişilər də ağlayır (2000, Türkiyə) – ikinci rejissor
  32. Nekroloq (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (jurnalist)
  33. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effekti
  34. Cavanşir (2002, animasiya filmi) – filmi səsləndirən
  35. Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri
  36. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – xüsusi səs effekt mütəxəssisi
  37. Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – aktyor (zaldakı adam)
  38. Bəyaz gecələr (2003, bədii serial) – aktyor (hakim)
  39. Bir anın həqiqəti (2003, bədii serial) – sinxron səs mütəxəssisi
  40. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – sinxron səs effektçisi, filmi səsləndirən (aşbaz)
  41. Yaşıl eynəkli adam (2003, televiziya filmi) – ikinci rejissor
  42. Yumurta (2003, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri
  43. Sui-qəsd (2004, Rusiya) – ikinci rejissor
  44. SSRİ-də doğulmuşlar (2004, Rusiya) – ikinci rejissor
  45. Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (Sahib ağanın adamı)
  46. Ərazi (2005, qısametrajlı bədii film) – səs effekti
  47. Mükafat (2005, televiziya filmi) – ikinci rejissor
  48. Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – filmi səsləndirən
  49. Lal çinar (2005, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (mayor)
  50. Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – sinxron səsləndirmə
  51. İnterpapa (2006, tammetrajlı bədii film) – səs effektləri
  52. Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (həkim)
  53. Yalan (2006, tammetrajlı bədii film) – sinxron səslər
  54. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (əsgər)
  55. Cavid ömrü (2007, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Daxili işlər işçisi)
  56. Məhkumlar (2007, tammetrajlı bədii film) – səs-küy səsləndiricisi
  57. Siçan və pişik (2007, animasiya filmi) – filmi səsləndirən
  58. Cavad xan (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Murad)
  59. Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – koordinator
  60. Halal pullar (2008, tammetrajlı bədii film) – səs effektlərinin yazılışı
  61. Seçilən (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Beydulla Fətəliyev)
  62. Cəsur təyyarə (2009, animasiya filmi) – kastinq, filmi səsləndirən
  63. Qaydasız döyüş (2009, bədii serial) – aktyor (bina növbətçisi)
  64. Niyyət (2009, tammetrajlı bədii film) – ikinci rejissor
  65. Əlavə təsir (2010, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor
  66. İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor
  67. Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) – aktyor (pinəçi)
  68. Susmuş vicdan (2011, bədii tele serial) – aktyor (iranlı)
  69. Çölçü (2012, tammetrajlı bədii film) – sinxron səslər
  70. Dolu (2012, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor (Səhiyyə nazirinin müavini)
  71. Xoca (2012, tammetrajlı bədii film) – aktyor (ağsaqqal), aktyorlarla iş üzrə rejissor
  72. Ləkə (2012, bədii tele serial) – aktyor (Fidanın atası)
  73. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – sinxron səs effektləri
  74. Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı
  75. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – sinxron səs efektləri
  76. Çaqqal nəfəsi (2013, bədii serial) – aktyor
  77. Qaynana (2013, bədii serial) – aktyor (Qəşəm müəllim)
  78. Sənə inanıram (2013, bədii serial) – aktyor (Rasim)
  79. Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Həsən)
  80. Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – sinxron səslər
  81. İkinci bahar (2014, bədii serial) – aktyor (Süleyman)
  82. Fədakar (2014, bədii film) – aktyor (dekan)
  83. 5+ (2014-2015, bədii serial) – aktyor (baba)
  84. Boyunbağı (2015, bədii serial) – aktyor (həkim)
  85. 1 Şəhər motivləri – Qonşu qadın (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
  86. 1 Şəhər motivləri – Kədərim (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
  87. 1 Şəhər motivləri – Dmitrov küçəsi 86 (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
  88. Dərs (2015, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı
  89. Fədakar (2015, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (dekan)
  90. Qara bağ (2015, qısametrajlı bədii film) – sinxron səsin yazılışı
  91. Hədiyyə (2016, qısametrajlı bədii film) – sinxron səsin yazılışı
  92. Cehizsiz gəlinlər (2016, bədii serial) – aktyor (Dadaş)
  93. Kimsən? (2016, bədii serial) – aktyor (dərzi)
  94. Şirin xəyallar (2017, bədii serial) – ikinci rejissor
  95. Son nəfəsədək (2017, tammetrajlı bədii film) – aktyor (kolxoz sədri)
  96. Mübarizə (2018, bədii serial) – aktyor (bank işçisi)
  97. Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – ikinci rejissor, aktyor (Məhəmmədhəsən Hacınski)
  98. Ata ocağı (2020-, bədii serial) – aktyor
  99. Tənha veteran (2021, qısametrajlı bədii film) – aktyor (veteran)
  100. Zəng (2022, qısametrajlı bədii film) – aktyor (ata)
  101. Namərd (2022, qısametrajlı bədii film) – aktyor (ata)
  102. Kaş ki… (2022, qısametrajlı bədii film) – aktyor (ata)
  103. Qonaq (2023, qısametrajlı bədii film) – aktyor (Əli dayı)
Kontakt:
Ünvan: