Elnur Əliyev
Rejissor
27.08.1981
Elnur Elman oğlu Əliyev Gədəbəydə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasında (2000-2004) və magistraturasında (2004-2006) təhsil alıb. 2006-2009-cu illərdə aspirantura pilləsində təhsil almış “Azərbaycan teleməkanında kliplərin mövzu, struktur və janr probleəmləri” mövzusunda dissertasiya işi və beş elmi məqalənin müəllifidir. 2003-cü ildən Azərbaycan Profisonal Kinorejissorlar Gildiyasının, 2021 ci ildən Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvüdür.
“Film” Prodüser Mərkəzində (2005-2006), “Mozalan” Satirik Kinojurnalında rejissor və ssenarist (2005-2006), ADMİU-da montaj üzrə aparıcı mütəxəssis (2005-2009), “Bakıfilm” kinostudiyasında prodüser (2007-2008) kimi çalışıb. 2011-ci ildən etibarən Atv, Space tv, AzTv, Lider tv, Xəzər tv kimi kanallarda məhşur layihələrin ssenari müəllifi və rejissoru olmuşdur. 2003-cü ildə “Gənclik və Sülh” adlı BMT–nin Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filminə görə Fəxri Fərmana layiq görülüb. 2004-cü ildə Xalq Artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli filmi “START” Tələbə Film Festivalında “ən yaxşı sənədli film” nominasiyasında ll yerə layiq görülüb.
- https://aki.az/elnur-%C9%99liyev-40/
- http://kinobiz.az/celebrity/elnur-%C9%99liyev/
- https://www.kaspi.az/az/milyonlar-qazanir-ancaq-kinoya-1-manat-vermek-istemirler
FILMOQRAFIYA:
- Cənnət Səlimova (2004, qısametrajlı sənədli film) – rejissor
- Kənddə məktəb (2005, bədii film) – rejissor, ssenarist
- Tilsim (2005, tammetrajlı bədii film) – icraçı prodüser
- Dümanın yolu ilə (2006) – rejissor
- Satılmış həyat (2008, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Günahkarlar yoxsa günahsızlar… (2009, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, baş prodüser
- Qaydasız döyüş (2009, bədii serial) – icraçı prodüser
- Dördbucaq içində (2010, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, icraçı prodüser
- Əlavə təsir (2010, tammetrajlı bədii film) – icraçı prodüser müavini
- Güllələr altında (2010, qısametrajlı bədii-sənədli film) – rejissor, ssenari müəllifi
- Xoşbəxt ay-ulduz (2011, qısametrajlı sənədli film) – icraçı prodüser
- Qorxma, mən səninləyəm -2 (2011, tammetrajlı bədii film) – rejissor
- Sübhün səfiri (2012, tammetrajlı bədii film) – inzibatçı
- Erkən nigah (2012, bədii-sənədli film) – rejissor
- Alınmaz qalanın qəhrəmanları (2013, qısametrajlı sənədli film) – rejissor
- Rabitəçi (2013, sənədli film) – rejissor, ssenari müəllifi
- Düşmən laylası (2014, qısametrajlı bədii film) – icraçı prodüser
- Çingiz Babayev adına stansiya (2014, qısametrajlı sənədli film) – rejissor
- Ailəmiz (2015, bədii serial) – rejissor
- Mehdiyə ithaf (2015, qısametrajlı sənədli film) – icraçı prodüser
- Niyə? (2018, bədii serial) – rejissor
- Bir xalanın sirri (2018, tammetrajlı bədii film) – icraçı prodüser
- Son nəfəsədək (2019, tammetrajlı bədii film) – rejissor
- Dosye (2020, TV layihə) – rejissor, ssenari müəllifi
- Arif Heydərov (2021, bədii-sənədli film) – rejissor, ssenari müəllifi
- Qətl planı (2021, TV layihə) – rejissor, ssenari müəllifi
- Epizod (2022, TV layihə) – rejissor, ssenari müəllifi
- Qorbaçovun qızı (2023, bədii film treyler) – rejissor
- Onlayn (2023, bədii-sənədli film) – rejissor, ssenari müəllifi
