Elxan Qasımov
kinorejissor
(24.04.1945)
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1973-1978-ci illərdə Leninqrad DTMKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Aktyor kimi ilk rolu “Əhməd hardadır?” filmində Əhməd roludur. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bir neçə filmin və “Mozalan” kinojurnalının süjetlərinin rejissorudur.
Filmoqrafiya:
1975 – “Nizami Gəncəvi” – (sənədli) rejissor
1979 – “Uçurum üzərində cığır” – (sənədli) rejissor
1981 – “Böyük anda sadiqik” – (sənədli) rejissor
1981 – “Ürək yaddaşı” – (sənədli) rejissor
1982 – “Qocalar, qocalar…” – quruluşçu rejissor
1984 – “Köhnə bərə” – quruluşçu rejissor
2007 – “Biz qayıdacağıq” – quruluşçu rejissor
