Emin Mirabdullayev

rejissor, prodüser

13.08.1969

Emin Mirabdullayev 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino rejissorluğu fakültəsində təhsil alıb (1986-1992). Rus Dram Teatrında quruluşçu rejissor (1992-1996), ANS Televiziyasında rejissor (1996-1998), baş prodüser (1998-2000), McCann Erickson şirkətində kreativ direktorun köməkçisi (2000-2005), Space Televiziyasında baş prodüser (2006-2006), Pro-Cent Prodüser Mərkəzində kreativ direktor (2009-2010) olaraq çalışıb. 2016-cı ildən Akademik Rus Dram Teatrının rejissorudur. “İlin ən yaxşı rejissoru” nominasiyasında “Humay” (2008), “ilin ən yaxşı klipi” nominasında “Humay” (2004), “ilin ən yaxşı klipi” nominasiyasında “Qrand” (2006), “Postskriptum” filminə görə “ən yaxşı debüt” (qısa bədii film)  nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatlarına (2018) layiq görülüb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

  1. https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2016/10/06/nobel-qardaslari-haqqinda-filmin-rejissoru-c-kilis-qrupundan-danisdi-584263
  2. http://www.yarat.az/index.php?lang=az&page=12&trk=profile_certification_title&yrtMaincatID=13&yrtLocationID=2&yrtEventID=1598&yrtSubcatID=26
  3. http://www.anl.az/down/meqale/express/express_iyun2009/83410.htm
  4. https://hafta.az/rejissor-kenara-cekildi-52631-xeber.html
  5. https://medeniyyet.az/page/news/65735/Saniye-eqrebi-yaxud-istintaqi-Saxta-baba-aparir.html

FİLMOQRAFİYA:

  1. Araqarışdıran (tammetrajlı bədii film, 1987) – aktyor
  2. Şeytan göz qabağında (tammetrajlı bədii film, 1987) – aktyor
  3. Kənar adamlar (tammetrajlı bədii film, 1992) – aktyor
  4. Məşədi İbad-94 (tammetrajlı bədii film, 2005) – rejissor
  5. Bir dəfə Qafqazda (tammetrajlı bədii film, 2007) – akyor
  6. Halal pullar (tammetrajlı bədii film, 2008) – rejissor
  7. Azərbaycan muğamı (2009, qısametrajlı sənədli film) – rejissor
  8. Postskriptum (qısametrajlı bədii film, 2016), ssenari müəllifi (2018, “Qızıl Pəri” – “ən yaxşı debüt” qısa bədii film)
Emin Mirabdullayev-3
Əlaqə: 050 225 31 24
Ünvan: Bakı şəhəri Moskva prospekti 1.