Fikrət Əliyev
rejissor
(1939-2016)
12.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur.1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenarist və rejissorluq kurslarını bitirib. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. 1973-cü ildə “Baladadaşın ilk məhəbbəti”-filmini diplom işinə çəkir.Filmin sujeti Abşeron kəndlərinin birində vaqe olur.1981-ci ildə Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri üzrə “Qızıl uçurum” filmini çəkir.Film -əsrin əvvəllərində neft Bakısının içində və ətrafənda baş verən hadisələrdən, neftin insanlara bəxş etdiyi xoşbəxtlik və faciələrdən bəhs edir.
1994-2001-ci ilə “Vahid” kinostudiyasının nəzdində “Yuxu” bədii filmini çəkir.Əməkdar İncəsənət xadimi adına layiq görülmüşdür.
Filmoqrafiya:
1973 – “Baladadaşın ilk məhəbbəti”- (bədii film)
1981 – “Qızıl uçurun” – (bədii film)
1984 – “Qoca palıdın nağılı”
1994 – “Yuxu” – (bədii film)
2009 – “Ölüm növbəsi”- (bədii film)
2014 – “Axırıncı dəyanacaq” – (bədii film)
