Firəngiz Qurbanova
rejissor, ssenarist, rəssam
(12.03.1943)
Firəngiz Ağadadaş qızı Qurbanova Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1961-1965), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinematoqrafiya rəssamlığı fakültəsində (1965-1971) təhsil alıb. 1971-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rəssam, cizgi filmlərində rəssam və rejissor kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (2000) Firəngiz Qurbanova Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, “Birlik” animasiya studiyasının təsisçisi və rəhbəridir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
Rəssam, rejissor Firəngiz Qurbanova aktyor Ağadadaş Qurbanovun qızıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova rəssam Fikrət Əhədovun həyat yoldaşıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova rəssam, rejissor Cavid Əhədovun anasıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova aktrisa Gülşən Qurbanovanın bacısıdır.
- https://www.facebook.com/watch/?v=210869333560384
- https://pia.az/amp/?id=238008
- https://aki.az/kino-evind%C9%99-fir%C9%99ngiz-qurbanovanin-yaradici-dunyasina-s%C9%99yah%C9%99t-oldu/
- https://aki.az/fir%C9%99ngiz-qurbanova-yeni-n%C9%99sil-animasiya-rejissorlari-yetisdir%C9%99c%C9%99yik/
- https://creative.az/az/post/442
- https://azertag.az/xeber/Firengiz_Qurbanova_Nursachan_melek_XI_Beynelxalq_xeyriyye_kinofestivalinin_animasiya_kinosu_uzre_munsifler_heyetine_baschiliq_edib-809605
- https://525.az/news/209776-animasiya-mene-taleyin-hediyyesidir
FILMOQRAFIYA:
- Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktrisa (Zeynəb)
- Xatirələr sahili (1972, tammetrajlı bədii film) – rəssam
- Bulud niyə ağlayır? (1973, animasiya filmi) – rəssam
- Cəfər Cabbarlı. Səhnə əsərləri (1973, qısametrajlı sənədli film) – rəssam
- Yunanlar (1973, qısametrajlı sənədli film) – rəssam
- Ömrün səhifələri (II) – Nəğmə dərsi (1974, tammetrajlı bədii film, kinoalmanax) – rəssam
- Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – rəssam
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – rəssam
- Yeraltı əhvalat (1975, qısametrajlı sənədli film) – rəssam
- Beləliklə, biz başlayırıq (1976, qısametrajlı sənədli film) – rejissor multiplikator, rəssam
- Şir evdən getdi (1977, tammetrajlı bədii film) – rəssam
- Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – rəssam
- Arzunu yarat (1979, animasiya filmi) – rejissor, rəssam
- Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – rəssam
- Gümüşü furqon (1982, tammetrajlı bədii film) – rəssam
- Hüseyn Ərəblinski (1982, qısametrajlı sənədli film) – rəssam
- Akvarium (1983, animasiya filmi) – rejissor, rəssam
- Bir axşam… (1985, animasiya filmi) – rejissor, rəssam
- Humayın yuxusu (1985, animasiya filmi) – multiplikasiya rəssamı
- Anam ağaca çıxıb (1986, animasiya filmi) – rejissor, rəssam
- Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – rəssam
- Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktrisa (Ayna)
- Seans (1988, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Kürən (1989, animasiya filmi) – rejissor, rəssam
- Keşikçi (1990, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Yaramaz kral (1990, animasiya filmi) – rejissor, rəssam
- Şahzadə qız Mimo (1991, animasiya filmi) – rejissor, rəssam
- Ad günü (II) (1992, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- İfritə meymunə (1992, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Naməlum torpaq (1992, tammetrajlı sənədli film) – prodüser, bədii rəhbər
- İstiqlal şairi (1996, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Zəka yatarsa… (1996, animasiya filmi) – rejissor, ssenari müəllifi, animasiya rəssamı
- Mərhəmətin dadı (2007, animasiya filmi) – yaradıcı heyətin üzvü, bədii rəhbər
- Nuş olsun (2008, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Xeyirxah kirpi (2009, animasiya filmi) – rejissor, rəssam
- Təmiz, natəmiz və biz (2011, animasiya filmi) – rejissor
- Səmada şəkil (2012, animasiya filmi) – icraçı prodüser, yaradıcı heyətin üzvü
- Köhnə saat (2014, animasiya filmi) – bədii rəhbər
