Həbib İsmayılov

Rejissor, ssenarist

(21.02.1906 – 31.12.1966)

Həbib Ələkbər oğlu İsmayılov Naxçıvanda anadan olub. Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib (GİTİS, 1931). Daha sonra teatrşünaslıq üzrə aspiranturadan məzun olub (GİTİS, 1954). Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilib. Bakı Konservatoriyasında və Teatr Texnikumunda aktyor işi üzrə pedaqoji fəaliyyətlə məşğul olub (1940-1941). 1943-cü ildən kinoda fəaliyyət göstərib. 1943-cü ildə Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi təyin edilib. Bir müddət „Mosfilm“də rejissor təcrübəsi keçib (1949-1950, Moskva). 1946-cı ildən həm də dublyaj rejissoru kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (1960) Həbib İsmayılov 1966-cı ildə vəfat edib.

  1. http://az.baku-art.com/az/gorkemli-teatr-ve-kino-rejissoru-h-bib-ismayilov
  2. https://xalqqazeti.com/mobile/az/news/75549
  3. http://anl.az/down/meqale/medeniyyet/2010/iyul/128226.htm
  4. https://video.azertag.az/video/134555
  5. https://aki.az/boyuk-dayaq-60/

FILMOQRAFIYA:

  1. Cəfər Cabbarlı (1944, qısametrajlı sənədli film) – rejissor
  2. SSRİ-nin himni (1944, qısametrajlı sənədli film) – rejissor
  3. Sovet Naxçıvanı – Şərqin qapısı (1948, qısametrajlı sənədli film) – rejissor
  4. Torpaq və onun münbitliyi (1952, qısametrajlı sənədli film) – rejissor
  5. Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (1955, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  6. Ögey ana (1958, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  7. Böyük dayaq (1962, tammetrajlı bədii film) – rejissor
Hüquqvarisi:Naməlum...Axtarılır...
Əlaqə:012 431 77 31
Ünvan:Bakı şəhəri Moskva prospekti 1.