Həsən Seyidbəyli
rejissor, ssenarist, yazıçı
(22.12.1920-25.06.1980)
Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
- http://kinobiz.az/celebrity/h%C9%99s%C9%99n-seyidb%C9%99yli/
- https://aki.az/h%C9%99s%C9%99n-seyidb%C9%99yli-zamanin-imtahanindan-cixmis-rejissor/
- https://kulis.az/xeber/media/colorredhesen-seyidbeylinin-oglucolor-atamin-amaliya-penahovadan-xosu-gelmirdi-colorredmusahibecolor-25568
- https://medeniyyet.az/page/news/55314/Gorkemli-rejissor-ve-kinodramaturq-Hesen-Seyidbeylinin-xatiresi-anilib.html
- https://aqreqator.az/ru/medeniyyet/1170825
- https://clb.az/arxiv2021/dosyalar/2937.pdf
- https://525.az/news/148669-hesen-seyidbeyli-ilk-novbede-boyuk-vetenperver-idi-musahibe
- https://sputnik.az/20211222/onsuz-azerbaycan-kinosunu-tesevvur-etmek-mumkun-deyil—vdeo-437475794.html
- https://xeber100.com/h%C9%99s%C9%99n-seyidb%C9%99yliniin-100-illiyin%C9%99-h%C9%99sr-olunmus-kitab-n%C9%99sr-olunub/
FILMOQRAFIYA:
- Bakıdan Göy-Gölədək (1947, sənədli film) – rejissor
- Böyük yol (1949, sənədli film) – rejissor
- Quba bağlarında və Tərtərçay vadisində (1953, s. film) – rejissor, ssenari müəllifi
- Doğma xalqıma (1954, sənədli film) – ssenari müəllifi
- Qızmar günəş altında (1957, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Uzaq sahillərdə (1958, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Əyri yolla qazanc (1960, bədii film) – ssenari müəllifi
- Yolda əhvalat (1960, bədii film) – ssenari müəllifi
- Telefonçu qız (1962, bədii film) – rejissor, ssenarist, əsərindən istifadə olunub
- Möcüzələr adası (1963, bədii film) – rejissor, ssenari müəllifi
- Kimi daha çox sevirik (1964, bədii film, kinoalmanax) – bədii rəhbər
- Kimi daha çox sevirik (1964, bədii film) – rejissor, ssenarist, aktyor (sədr)
- Qaraca qız – Liftçi qız (1966, bədii film, kinoalmanax) – əsərindən istifadə olunub
- Sən niyə susursan? (1966, bədii film) – rejissor, ssenari müəllifi
- Bizim Cəbiş müəllim (1969, bədii film) – rejissor
- O qızı tapın (1970, bədii film) – rejissor, ssenari müəllifi
- Sovet Azərbaycanı (III) (1972, sənədli televiziya filmi) – ssenari müəllifi
- Nəsimi (II) (1973, bədii film) – rejissor
- Ömrün səhifələri (1974, bədii film) – rejissor, ssenari müəllifi, bədii rəhbər
- Çətirimiz buludlardır (1976, bədii film) – bədii rəhbər
- Xoşbəxtlik qayğıları (1976, bədii film) – rejissor, ssenari müəllifi
- Kamillik (1979, sənədli film) – ssenari müəllifi
- Toral və Zəri (1979, animasiya filmi) – ssenari müəllifi
- Onun bəlalı sevgisi (1980, bədii film) – bədii rəhbər
- Sağ ol, dostum (1980, animasiya filmi) – ssenari müəllifi
