Hüseyn Mehdiyev
rejissor, ssenarist, kinooperator
(19.03.1945)
19.03.1945-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olub.1972-1977-ci illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda təhsil alıb.1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1984-cü ildən isə quruluşcu-rejissor kimi fəaliyyət göstərir.Onun filmləri bir çox Beynəlxalq Kino Festivallarda iştirak edib.(Berlin, Madrid, Ankara, İtaliya, Taşkənd, Vankuver, Cair və s.). 1993-2001-ci illərdə “Azərkinovideo” İB-nin Baş direktor müavini, 1999-cu ildən isə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun Sədri vəzifəsində çalışır.Hüseyn Mehdiyev Beynəlxalq Festivallar Lauriatıdır və Azərbaycanın Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.
Filmoqrafiya:
1978 – “Dissonans”- (sənədli film) – kinooperator
1980 – “Təkcə adanı özünlə apara bilməzsən”-(bədii film) – operator
1981 – “Babamızın, babasının , babası”- (bədii film) – operator
1982 – “İşgüzar səfər” – (bədii film) – operator
1984 – “Qoca palıdın nağılı”- (bədii film) – rejissor
1985 – “Şəhərli biçinçilər” – (bədii film) – rejissor, operator
1986 – “Qəm pəncərəsi”- (bədii film) – operator
1988 – “Süd dişinin ağrısı” – (bədii film) – rejissor
1990 – “Şahid qız”- (bədii film) – rejissor, ssenarist
1992 – “Səhnədə keçmiş ömür” – (sənədli film) – rejissor
1993 – “Dostuma məktub” – (sənədli film) – rejissor
1994 – “Udin xalqı” – (sənədli film) – rejissor, ssenarist
1996 – “Özgə vaxt” – (bədii film) – rejissor, ssenarist
2004 – “Məkanın melodiyası” – (bədii film) – rejissor, ssenarist
