İlqar Nəcəf
Rejissor
(03.03.1975)
İlqar Nəcəf 3 mart 1975-ci ildə Ermənistan SSR-in Ararat rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən oranı tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib.1993-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb.
2003-cü ildən İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. 2005-ci ildə “Buta Film” kino şirkətini təsis edib.
Filmoqrafiya:
2001 – “Kölgəsiz komalar”- rejissor, ssenarist, prodüser
2002 – “Bir qoca var” – rejissor, ssenarist, prodüser
2005 – “Altıaylıq” – prodüser
2007 – “Sirat körpüsü” – prodüser
2009 – “Leninə məktub” – prodüser
2009 – “Arxası qibləyə”- prodüser
2009 – “Teatral həyat” – rejissor, ssenarist, prodüser
2010 – “Neftlə çəkilmiş portret” – prodüser
2011 – “Buta” – rejissor, ssenarist, prodüser
2012 – “Yuva”- prodüser
2017 – “Nar bağı” – rejissor
