İqbal Məmmədəliyev
Rejissor
(23.09.1978)
İqbal Vamiq oğlu Məmmədəliyev Bakının Kürdəxanı kəndində anadan olub. 10 saylı musiqi məktəbində (1989–1994, tar sinfi), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasında (1996–2000) və teatrşünaslıq üzrə magistraturada (2000-2002) təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi “kinoda montaj strukturu” mövzusunu tədqiq edib (2003-2006).
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Gənclik və Zaman” baş redaksiyasında ştatdankənar müəllif (1996-1998), “Soy” şirkətində (1998-2000), Lider televiziyasında (2000-2004), İctimai TV-də (2005-2006), “Salnamə” sənədli filmlər studiyasında rejissor kimi çalışıb. 2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən EL TV (ARB Aran) televiziyasının baş direktorudur. Televiziyanın tərkibində “Aranfilm” Yaradıcılıq Mərkəzini təsis edib (2016-2020).
Televiziya layihələrinin, 200-dən çox verilişin, konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifidir. Bir çox sənədli filmə prodüserlik edib.
Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi “ilin ən yaxşı rejissoru” mükafatı ilə təltif edilib (2004). Filmləri bir neçə beynəlxalq festivalda mükafata layiq görülüb.
Rejissor, prodüser İqbal Məmmədəliyev tarzən Vamiq Məmmədəliyevin oğludur.
Rejissor, prodüser İqbal Məmmədəliyev rejissor Salam Məmmədəliyevin və işıqçı Qurban Məmmədəliyevin qardaşıdır.
- https://1905.az/iqbal-m%C9%99mm%C9%99d%C9%99liyev-biz-az%C9%99rbaycanin-m%C9%99rk%C9%99zi-aran-bolg%C9%99sind%C9%99-yerl%C9%99s%C9%99n-yegan%C9%99-telekanaliq/
- https://kultur.az/?p=13405
- https://modern.az/az/news/64877
- https://kulis.az/xeber/senet/xeber_________________________________-10861
FILMOQRAFIYA:
- Elegiya (1997, qısametrajlı sənədli film) – yaradıcı heyətin üzvü
- Başlanğıc (II) (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- “Edelveys” və dəmir biləklər (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Elçi daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İldırımlı yollarla (2001, sənədli serial) – rejissor
- Mahur Hindi (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Səfəvilər (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Səhnəyə aparan yol (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, montajçı
- … və alqışlar, alqışlar (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, montaj rejissoru
- Yaddaşın keçdiyi yol (2001, qısametrajlı sənədli televiziya filmi) – montajçı
- Ali məqam (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Baş tutmayan səfər (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Bir gecə (2002, tammetrajlı film-tamaşa) – prodüser
- Bizi oyatmayın… (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, musiqi tərtibatçısı
- Cəsarətin heyrət məqamı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Çətin sınaqlar (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Güzgü (III) (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Həzrə (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- İlham Əliyev. “Olimp”in fəthinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İlham Əliyev. Yeni neftin strategiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İsmipünhan (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Jurnalist (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qara rəngin harmoniyası (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qırmızı rəngin ekspressiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, filmi səsləndirən
- Özgə vaxtın doğma anları (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Payız (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Pərdəsiz səhnə (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Save and increase (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Tanrı adamı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yaddaş etüdləri (2002, sənədli serial) – rejissor, ssenari müəllifi
- Yaşıl rəngin qamması (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, filmi səsləndirən
- Zamanın sığalı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Ağ rəngin simfoniyası (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Göy rəngin melodiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, filmi səsləndirən
- Hərb tariximizdən. Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (2003, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qalanın əfsanəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qədim şəhərin hekayəti (2003, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
- Sükutun səsi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, montaj rejissoru
- Torpağa bağlananlar (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yaddaşın əbədi yükü (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Zəhmətlə yoğrulanlar (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Dövlətin vizit vərəqi (2004, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Novruz töhfələri (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Ağacəbrayıl Abasəliyev (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Ağaxan Abdullayev (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Arif Babayev (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Həyat formulu (2005, qısametrajlı sənədli film) – montajçı
- Xanım İsmayılqızı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Qarabağ xanəndələri (2005, qısametrajlı sənədli film) – rejissor
- Qədim Azərbaycan abidələri (2005, qısametrajlı sənədli film) – rejissor
- Rəqslər (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Şəfiqə Axundova (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı
- Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – montaj rejissoru
- Azərbaycan… əbədiyyət yolu (2006, qısametrajlı sənədli film) – rejissor, montajçı
- Azərbaycan mədəni irsinə qarşı müharibə (2006, qısametrajlı sənədli film) – rejissor
- Bakıdan Helsinkiyə (2006, tammetrajlı sənədli televiziya filmi) – montajçı
- Heydər Əliyev. Dünyaya pəncərə (2006, qısametrajlı sənədli film) – rejissor, montaj rejissoru
- Köhnə… Yeni Naxçıvan (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor, montajçı, prodüser
- Neft şəffaf deyil deyil: bəs neft gəlirləri (2006, qısametrajlı sənədli film) – rejissor
- Novruz bayramı (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, montajçı
- Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007, qısametrajlı sənədli film) – rejissor, montajçı
- Heydər Əliyev – Vətənin keşiyində (2007, qısametrajlı sənədli film) – rejissor, montaj rejissoru
- Monoloq. Ömər Eldarov (2007, qısametrajlı sənədli film) – montajçı
- 125 illik yol (2008, qısametrajlı sənədli film) – rejissor
- Cabbar Qaryağdıoğlu (2008, qısametrajlı sənədli film) – rejissor
- Həqiqətin özü (2008, tammetrajlı sənədli film) – rejissor
- Sualtı səltənətimiz (2008, qısametrajlı sənədli film) – rejissor
- Parisli azərbaycanlı (2009, qısametrajlı sənədli film) – rejissor
- Ağ-qara notlar (2010, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
- Dumanda (2010, qısametrajlı bədii film) – rəssam
- Sərçələrin payı (2011, qısametrajlı bədii film) – prodüser
- Yaşıl atlas, ömürdən səhifələr (2011, tammetrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- Girov uşaqlar (2013, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Tbiliso (2013, qısametrajlı bədii film) – baş prodüser
- Ailə faciəsi (2015, qısametrajlı bədii film) – prodüser
- Mədəniyyətlərin beşiyi (2015, tammetrajlı sənədli televiziya filmi) – prodüser
- Bu Azərbaycan sirkidir (2016, tammetrajlı sənədli film) – prodüser
- Düdəngədən Münhenə… (2016, qısametrajlı sənədli film) – prodüser
- Xəzər: Mənim taleyim (2016, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- İqlimlər (II) (2016, qısametrajlı sənədli film) – prodüser
- Qars vətənimdir (2016, qısametrajlı sənədli televiziya filmi) – prodüser
- Sakit gün (2016, qısametrajlı sənədli film) – prodüser
- Sonluğun izi ilə (2016, qısametrajlı sənədli film) – prodüser
- Ürək yaddaşı (II) (2016, qısametrajlı sənədli film) – prodüser
- Zamanında yaşadım (2016, qısametrajlı sənədli film) – prodüser
- Atadan oğula (2017, qısametrajlı sənədli film) – prodüser
- Daşla danışan adam (2017, tammetrajlı sənədli film) – prodüser
- Dəmirin yolu (2017, qısametrajlı sənədli film) – prodüser
- Əfsanə (II) (2017, qısametrajlı sənədli film) – prodüser
- Əliaçıq xəsis (2017, qısametrajlı sənədli film) – prodüser
- Gecikmə (2017, qısametrajlı sənədli film) – prodüser
- Həqiqət sorağında (2017, tammetrajlı sənədli televiziya filmi) – prodüser
- Hələ axşam olmayıb (2017, qısametrajlı sənədli film) – prodüser
- Həyatımın notları (2017, qısametrajlı sənədli film) – prodüser
- İki dünya arasında (2017, qısametrajlı sənədli film) – prodüser
- Qara dəlik (2017, qısametrajlı bədii film) – prodüser
- Mənim adım Ələkbər (2017, qısametrajlı sənədli film) – prodüser
- Orkestr və mən (2017, qısametrajlı sənədli film) – prodüser
- Ölməz Murtuza (2017, qısametrajlı sənədli film) – prodüser
- Ölümündən sonra məhkəmə (2017, qısametrajlı sənədli film) – prodüser
- Ömrümün qızıl payızı (2017, qısametrajlı sənədli film) – prodüser
- Sarıbaş (II) (2017, qısametrajlı sənədli film) – prodüser
- Sərdar Fərəcov (2017, qısametrajlı sənədli film) – prodüser
- Sonuncu akkord (2017, qısametrajlı sənədli film) – prodüser
- Şahtaxtı (2017, qısametrajlı sənədli film) – prodüser
- Şuşanın dağları başı dumanlı (2017, qısametrajlı sənədli film) – prodüser
- Uğur məktəbi (2017, qısametrajlı sənədli film) – prodüser
- Bakılı qızlar (2018, qısametrajlı sənədli film) – prodüser
- Gizli İstiqlalçılar (2018, qısametrajlı sənədli film) – prodüser
- Xalisin arzuları (2018, qısametrajlı bədii film) – baş prodüser
- Xilas (2018, qısametrajlı sənədli film) – prodüser
- Xilaskar ömrü (2018, qısametrajlı sənədli film) – prodüser
- Könül nəğmələri (2018, qısametrajlı sənədli film) – prodüser
- Qanadlı xatirələr (2018, qısametrajlı sənədli film) – prodüser
- Səmanın fəthi (2018, qısametrajlı sənədli film) – prodüser
- Həyat sonatası (2019, qısametrajlı sənədli film) – prodüser
- İnitium (2019, qısametrajlı sənədli film) – prodüser
- Kəpəzə gedən yol (2019, qısametrajlı sənədli film) – prodüser
- Məni izləyən müəmma (2019, qısametrajlı sənədli film) – prodüser
- İtmiş kəndlərin izi ilə (2020, qısametrajlı sənədli film) – rejissor
- Qırmızı (2020, qısametrajlı bədii film) – prodüser
