Kamil Rüstəmbəyov
rejissor
(07.12.1924-02.02.1991)
Kamil Aslan oğlu Rüstəmbəyov Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1953). Bakı televiziya studiyasında məsul redaktor (1956-1966), böyük rejissor, baş rejissor, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor, xalq studiyasında bədii rəhbər (1966-1976), Azərbaycan televiziyasında baş redaktor (1976-1977), baş rejissor (1978), “Azərbaycanfilm” kinostudiyasında aktyor şöbəsinin bədii rəhbəri, rejissor (1978-1982) vəzifələrində işləyib. Əməkdar incəsənət xadimi Kamil Rüstəmbəyov 1991-ci ildə vəfat edib.
- https://filmfond.az/2020/12/07/kamil-rust%C9%99mb%C9%99yov-96/
- http://anl.az/down/meqale/azadliq/2013/noyabr/334212.htm
- https://az.trend.az/azerbaijan/culture/2339516.html
- https://525.az/?name=xeber&news_id=7849
- https://kaspi.az/az/rejissorun-inandirmaq-mehareti
- https://kulis.az/xeber/yazarlar/Gozl-mni-36496
FILMOQRAFIYA:
- Aygün (1960, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Konsert (1961, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Respublkanın panoramı (1962, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Tofiq Əhmədovun orkestrinin konserti (1962, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xalq nəğməkarı (1963, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Konsert proqramı (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Zəncirlənmiş adam (1964, qısametrajlı bədii film) – rejissor
- Bakıya xoş gəlmisiniz (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Konsert proqramı (II) (1965, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- SSRİ xalqlarının spartakiadası (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – rejissor
- Konsert proqramı (III) (1967, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – rejissor
- Mahnı qanadlarında (II) (1973, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – rejissor
- Sənə sevinc bağışlayım (1978, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Gözlə məni (1980, tammetrajlı bədii film) – rejissor

Hüquqvarisi:Aygün Kamil qızı Rüstəmbəyova
Əlaqə:+994 50 221-54-31
Ünvan:Bakı, Krasnıy Vostok ev 333, mənzil 11.