Kamran Qasımov
Rejissor, ssenarist
(16.11.1983)
Kamran Mürsəl oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasında (2000-2004), ssenari yaradıcılığı ixtisasında magistr pilləsi üzrə (2005-2007) təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında rejissor assistenti və rejissor (2003-2005), “Mozalan” kinojurnalinda ssenarist və rejissor (2005), Azərbaycan Kinematoqrafçılar İttifaqında (2005-2008), ANSPress-də redaktor, ANS Müstəqil Yayım və Media Şirkətinin Bədii və publisistik verilişlər departamentinin baş redaktoru (2008-2009), Space TV-də, Bakıfilm Kino Şirkətində baş direktorun yaradıcılıq işləri üzrə müavini (2009-2013), baş redaktor (2014), Space TV-də Strateji araşdırma, proqramlaşma və anons şöbəsinin müdiri (2013-2014), ANS TV-də baş direktorun köməkçisi (2015-2016), APA TV-də redaktor (2017-2018) vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Hazırda AzerNewMedia şirkətinin icraçı direktoru, Cinema Radio layihəsinin rəhbəri, Real TV-nin Proqram departamentinin rəhbəri və eyni zamanda Real TV-nin aparıcısıdır.
- https://www.youtube.com/c/KamranGasimov/videos
- https://azvision.az/news/323725/news.html
- https://azvision.az/news/308635/azerbaycanli-jurnalist-amerika-televiziya-akademiyasinda-%E2%80%93-fotolar-.html
- https://pravda.az/news/91656
- https://fed.az/az/dovlet/prezidentin-fexri-diplomunu-alan-jurnalistler-siyahi-84790
FILMOQRAFIYA:
- Bir ilin əhvalatı (2003, qısametrajlı bədii film) – rejissor
- Yol (2003, qısametrajlı bədii film) – rejissor
- Tilsim (2005, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Qızlar (2007, bədii serial) – ssenari müəllifi
- Qrinviç meridianından… kənarda (2007, qısametrajlı bədii film) – ssenari müəllifi
- Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Satılmış həyat (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
- Zülmətdə işıq (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Günahkarlar yoxsa günahsızlar… (2009, qısametrajlı bədii film) – ssenari müəllifi
- Hüdudsuz təhsil (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qaydasız döyüş (2009, bədii serial) – ssenari müəllifi
- Birinci şəxs (2010, qısametrajlı sənədli televiziya filmi) – redaktor
- Dördbucaq içində (2010, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Yaddaş (II) (2010, tammetrajlı bədii film) – redaktor
- Akademik Topçubaşov (2011, tammetrajlı sənədli film) – redaktor
- Güllələr altında (2011, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xoca (2012, tammetrajlı bədii film) – redaktor
- Ağabəyovlar (2012-2014, bədii serial) – ssenari müəllifi
- Alınmaz qalanın qəhrəmanları (2013, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Göyçək Fatimə (2013-2015, bədii serial) – ssenari müəllifi
- Qanlı yanvar (2015, tammetrajlı bədii film) – redaktor
- Mehdiyə ithaf (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İqlimlər (II) (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, filmi səsləndirən
- Samidə məktub (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dəmirin yolu (2017, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Son nəfəsədək (2018, tammetrajlı bədii film) – redaktor
- Hər şey yaxşı olacaq (2020, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Xainlər (2020, tammetrajlı sənədli televiziya filmi) – prodüser
