Lətif Səfərov

Kinorejissor
(30.09.1920 – 09.12.1963)

Lətif Bəşir oğlu Səfərov Şuşada anadan olub. 7 yaşında ikən “Gilan qızı” filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata qəbul olunub. On yaşında “Lətif” (1930) filmində baş rolu oynayıb. Daha sonra digər filmlərdə uşaq rollarını ifa edib. Gəncə Pedaqoji Texnikumunda (1931) təhsil alıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (Qriqori Kozintsevin kursu) qəbul olunub. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və bir müddət (1941-1946) burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya qayıdıb təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. Lətif Səfərov Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub (1958). Əməkdar incəsənət xadimi (1960) Lətif Səfərov 1963-cü ildə intihar edib.

Rejissor, aktyor Lətif Səfərov müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olub.

  1. http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_sentyabr2009/91038.htm
  2. https://kayzen.az/blog/kino/26043/kino-onun-h%C9%99yat%C4%B1-idi-l%C9%99tif-s%C9%99f%C9%99rov.html
  3. https://azlogos.eu/az%C9%99rbaycan-kinosunun-oskar-intriqalari/
  4. https://filmfond.az/2020/09/26/filml%C9%99ri-hami-t%C9%99r%C9%99find%C9%99n-sevil%C9%99n-rejissor/
  5. http://www.gunaydin.az/news/7240
  6. https://kulis.az/xeber/kino/sovket-elekberovanin-ov-tufengi-ile-intihar-eden-heyat-yoldasi-letif-seferovdan-10-maraqli-fakt-28110

FILMOQRAFIYA:

  1. Gilan qızı (1928, tammetrajlı bədii film) – aktyor (Gülgül)
  2. Sevil (1929, tammetrajlı bədii film) – aktyor (Gündüz)
  3. Qızıl kol (1930, tammetrajlı bədii film) – aktyor
  4. Lətif (1930, tammetrajlı bədii film) – aktyor (Lətif)
  5. Almas (1936, tammetrajlı bədii film) – aktyor (kəndli oğlan)
  6. Bakılılar (1938, tammetrajlı bədii film) – rejissor assistenti
  7. Ordenli Azərbaycan (1938, tammetrajlı sənədli film) – rejissor köməkçisi
  8. Kəndlilər (1939, tammetrajlı bədii film) – rejissor köməkçisi
  9. İyirminci bahar (1940, qısametrajlı sənədli film) – rejissor assistenti
  10. Yeni horizont (1940, tammetrajlı bədii film) – rejissor assistenti
  11. Çağırışa cavab (1947, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  12. Yeni həyat qurucuları (1949, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  13. Gədəbəyin sərvəti (1950, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  14. Azərbaycan sərhədçiləri (1951, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  15. Gənc Leninçilər (1951, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  16. Quba bağlarında (1953, qısametrajlı sənədli film) – rejissor
  17. Bərəkətli torpaq (1954, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  18. Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – rejissor
  19. Bakı və Bakılılar (1957, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  20. Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – rejissor
  21. Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – rejissor
LATIF_SAFAROV
Hüquqvarisi:
Kontakt:
Ünvan: