Mərahim Fərzəlibəyov

Kinorejissor
(26.06.1949)

Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda anadan olub. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975, Georgi Tovstonoqovun kursu). Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında Maykl Stüartın və bəstəkar Cevri Germanın “Hello Doli” müzikl–operettasını tamaşaya hazırlayıb. Təyinatla Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında rejissor işləyib (1975-1977). Daha sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977-1981), Akademik Milli Dram Teatrında rejissor (1981-2006) kimi çalışıb. Bir müddət Akademik Milli Dram Teatrının baş rejissoru olub (2006-2010). 1980-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasının nəzdində Kino-Aktyor Teatrı truppasında bir neçə tamaşaya quruluş verib. Mərahim Fərzəlibəyov 2019-cu ildə “Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə” “Şöhrət” ordeni ilə təltif edilib. Hazırda Akademik Milli Dram Teatrının rejissorudur. Əməkdar artist (1982), Xalq artistdir (2000).

  1. https://ikisahil.az/post/merahim-ferzelibeyov-ozumu-xoshbext-senetkar-hesab-edirem
  2. https://kulis.az/xeber/senet/xeber____________________________________________________-10314
  3. https://modern.az/az/news/206039
  4. https://www.youtube.com/watch?v=g3qDOH8mjLE
  5. http://www.anl.az/el/emb/TEATR/aktyorlar/Merahim-Ferzelibeyov.htm
  6. https://reyting.az/muellifler/firuz-mustafa/35329-rejissor-merahim-ferzelibeyovun-emek-kitabchasi.html

FILMOQRAFIYA:

  1. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (uçitel Həsənov)
  2. O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor (Şeyx Əhməd)
  3. Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – rejissor, aktyor (tramvay sərnişini)
  4. İblis qadın (1995, tammetrajlı bədii film) – rejissor
  5. Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – rejissor
  6. Canavar balası (1997, tammetrajlı bədii film) – rejissor
  7. Qırmızı qar (1998, tammetrajlı bədii film) – rejissor
  8. Doğan günəş (2002, bədii serial) – rejissor
Merahim Ferzelibeyov-2
Kontakt:
Ünvan: