Mikayıl Mikayılov
Kinorejissor
(30.12.1903 – 24.06.1986)
Mikayıl Yusif oğlu Mikayılov Bakıda anadan olub. Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində, Pedaqoji İnstitutunda təhsil alıb. 1924-cü ildə “Kommunist” qəzetində resenzent kimi fəaliyyətə başlayıb. Azərbaycan kinosunun ilk rejissorlarındandır. 1925-ci ildən AFKİ-də fəaliyyətə başlayıb, çoxlu sayda sənədli-xronika filmləri çəkib. Əməkdar artist (1941), Əməkdar incəsənət xadimi (1959) Mikayıl Mikayılov 1986-cı ildə vəfat edib.
FILMOQRAFIYA:
- Müxtəlif sahillərdə (1926, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
- Oktyabrın on illiyi (1927, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Gilan qızı (1928, tammetrajlı bədii film) – rejissor assistenti
- Vulkan üzərində ev (1928, tammetrajlı bədii film) – aktyor
- Lətif (1930, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Tütünçülük (II) (1930, qısametrajlı sənədli film) – rejissor
- Gözlərinizi qoruyun (1931, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Traxoma (1933, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- I Azərbaycan spartakiadası (1934, qısametrajlı sənədli film) – rejissor
- İsmət (1934, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Altıncı hiss (1935, tammetrajlı bədii film) – rejissor
- Cəfər Cabbarlının dəfni (1935, qısametrajlı sənədli film) – rejissor
- Qanköçürmə (1938, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Hazır ol (1939, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Kəndlilər (1939, tammetrajlı bədii film) – aktyor (bəy oğlu)
- Şərqin astanasında (1939, qısametrajlı sənədli film) – rejissor
- İyirminci bahar (1940, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan coğrafiyası (1941, qısametrajlı sənədli film) – rejissor
- Sovet pəhləvanı (1942, qısametrajlı bədii film) – rejissor
- Bir ailə (1943, tammetrajlı bədii film) – ikinci rejissor
- Zəfər bayramı (1945, qısametrajlı sənədli film) – rejissor
- Topçubaşovun aparatı (1946, qısametrajlı sənədli film) – rejissor
- Qaliblər adası (1947, qısametrajlı sənədli film) – rejissor
- Sovet Azərbaycanı (1948, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- 25 il Leninsiz (1949, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Bakıda Stalinin olduğu yerlər (1949, qısametrajlı sənədli film) – rejissor
- Böyük sərkərdə (1949, qısametrajlı sənədli film) – rejissor
- Lenin yolu ilə (1949, qısametrajlı sənədli film) – rejissor
- Bakının işıqları (1950, tammetrajlı bədii film) – aktyor (ingilis zabiti)
- Sağlamlıq mənbəyi (1950, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan zeytunu (1951, qısametrajlı sənədli film) – rejissor
- Respublika stadionu (1951, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Azərbaycan atları (II) (1953, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – rejissor, aktyor (Biçeraxov)
- Nizami (II) (1959, qısametrajlı sənədli film) – rejissor
- Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – aktyor (Həsənzadə)

Hüquqvarisi:
Kontakt:
Ünvan: