Mirbala Səlimli

Kinorejissor
(05.04.1963)

Mirbala Seyidəsgər oğlu Səlimli Hacıqabulda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində (1985), B.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu fakültəsində (1995), Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu fakültəsində (2001, Aleksey German, S.Karmalitanın emalatxanası) təhsil alıb. Avanti proqramı (2003-2004, İsveçrə) çərçivəsində rejissor Ksiştof Zanussi (Polşa) və kinodramaturq D.Benkedən (Almaniya), İFA-SC proqramı (2006-2007, İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri alıb. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor, rejissor və baş rejissor vəzifələrində çalışıb, 20-dən çox tamaşaya quruluş verib (1985-2007).

“Mir iskusstva” Yaradıcılıq Birliyində (Moskva) operator kimi 15-ə qədər sənədli film çəkib (“Vəsiyyət” (2000), “Mayakovskinin şən ili” (2003), “Petrov-Vodkinin oğulları” (2003), “Anastasiya Svetayevanın sonuncu günü” (2004), “3 tac qoyma mərasiminin marşalı” (2005), “Arxangelsk” (2005), “Avropanın oğurlanması” (2005), “Çarodey Daniil Xarms” (2005), “Sağ Mayakovski” (2005), “Sergey Yesenin” (2005), “Boris Zaysevin zaman çayı” (2006), “İkiqat ulduz” (2006), “Natürmortun kralı İlya Maşkov” (2006), “Kulbin – Rus futurizminin babası” (2008)).

Tədris işi kimi “İnsan və milçək” filmini çəkib (1999). Rusiya istehsalı olan “Xüsusi müqavimət təcrübəsi” (2006) sənədli filmində təsvir rejissoru, “Moskvanın heykəltəraşlıq salnaməsi” (2006), “Olviya – Xoşbəxtlik misteriyası” (2010) sənədli filmlərində rejissor və təsvir rejissoru, “Allah olmaq çətindir” (2013, rejissor Aleksey German) filmində təcrübəçi rejissor kimi çalışıb. Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb (2009). 2018-ci ildə “Qırmızı bağ” filmi ilə Azərbaycan Kino Akademiyasının “Ən yaxşı tammetrajlı debüt filmi” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. Əməkdar incəsənət xadimidir (2012).

  1. https://aki.az/mirbala-s%C9%99limli-mut%C9%99x%C9%99ssisl%C9%99r-d%C9%99yisir-studiya-r%C9%99hb%C9%99rl%C9%99ri-d%C9%99yisir-v%C9%99-bu-d%C9%99yism%C9%99l%C9%99r-casqinliq-yaradir/
  2. https://www.facebook.com/watch/?v=1004865786248194
  3. https://teref.az/musahibe/235308-ssenarim-qalib-geldi-qarabag-haqqinda-film-cekilmedi-mirbala-selimli.html
  4. https://www.youtube.com/watch?v=9Rs8oTAizQo
  5. http://www.yarat.az/index.php?lang=az&page=12&yrtEventID=1594&yrtLocationID=3&yrtCalYear=2020&yrtCalMonth=2
  6. http://www.anl.az/down/meqale/medeniyyet/2017/mart/532323.htm
  7. https://oxu.az/culture/160122
  8. https://kulis.az/index.php/xeber/senet/xeber___________________________________-14955

FILMOQRAFIYA:

  1. Etimad telefonu (2001, tammetrajlı bədii film) – ikinci rejissor, montaj rejissoru, aktyor (Nadir)
  2. Odla qol-boyun (2002, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  3. Müstəqillik yollarında (2004-2005, sənədli serial) – yaradıcı heyətin üzvü
  4. Şəkinin tarixi abidəsi (2007, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  5. Mənim məktəbim (2008, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  6. Şəki – tarixin naxışları (2008, qısametrajlı sənədli film) – rejissor
  7. Qırmızı bağ (2016, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi (2018, “Ən yaxşı tammetrajlı debüt film” – “Qızıl Pəri” mükafatı)
Kontakt:+994 55 553-72-53
Ünvan:Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 149A, mənzil 26.