Mirsadıq Ağazadə
Kinorejissor
(09.03.1962)
Mirsadıq Xanoğlan oğlu Ağazadə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəində təhsil alıb. (1991-1996) 1997-ci ildə 215 KL, TGRT (Azərbaycan proqramları) (1997-1999), Azərbaycan Televiziyasında (1994-2000), Lider TV-Sənədli filmlər departamenti (2001-2004), Space TV –Eksperimental layihələr departamentinin rəhbəri (2005-2010), İTV (2006-2015), ATV (2014-2016) telekanallarında uzun müddət rejissor olaraq çalışıb. 2015-2021-ci illərdə “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq edib.
Rejissor Mirsadıq Ağazadə rejissor Orxan Ağazadənin və təsvir rejissoru Ruslan Ağazadənin atasıdır.
- https://teleqraf.com/news/art/336268.html
- https://aki.az/mirsad-q-a-azad-ssenarid-milllilik-anlay-n-ifrata-atd-rmaq-olmaz/
- https://vasifayan.wordpress.com/2018/03/15/mirsadiq-agazad%C9%99ni-tanimaq-goz%C9%99l-hadis%C9%99dir/
- https://kulis.az/xeber/kino/KQB-nin-tklifini-rdd-edib-supurgci-islyn-srqsunas-30219
- https://publika.az/news/art/406527.html
FİLMOQRAFİYA:
- “Sərvət” – (1992, sənədli film) – rejissor, ssenari müəllifi
- “Qonaq” (1993, qısametrajlı film) – rejissor, ssenari müəllifi
- “Noktürn” (1996, sənədli film) – rejissor
- “Muğam” – (1997, bədii-sənədli film) – rejissor
- “Azərbaycan xalçaları” – (1997, sənədli film) – rejissor
- “Yaddaş” – (2000, sənədli film) – rejissor
- “Ocaq” – (2001, sənədli film) – rejissor
- “Aləmdə qalan səs” – (2002, sənədli film) – rejissor
- “Bayatı-Şiraz-Rekviyem” – (sənədli film) – rejissor, ssenari müəllifi
- “Körpü” – (2003, sənədli film) – rejissor, ssenari müəllifi
- “Altıaylıq” – (2005, sənədli film) – rejissor
- “İşiniz irəli” – (2005, sənədli film) – rejissor və sənədli film
- “Gecə qonağı” – (2005, qısametrajlı film) – rejissor
- “İlahi səda” – (2006, sənədli film) – rejissor
- “Sevirəm səni, Vətən!” – (2006, qısametrajlı silsilə filmlər) – rejissor, ssenaris müəllifi
- “Təməl” – (2007, sənədli film) – rejissor
- “İşıq və nur” – (2009, sənədli film) – rejissor, ssenari müəllifi
- “Hind yuxusu” – (2010, bədii-televiziya filmi) – rejissor
- “Ürək yaddaşı” – (2011, sənədli film) – rejissor
- “Aygün” – (2012, sənədli film) – rejissor
- “Şirvan şikəstəsi” – (2012, sənədli film) – rejissor
- “54 gün mühasirədə” – (2012, sənədli film) – rejissor
- “Səsimiz səhhətimiz” – (2012, sənədli film) – rejissor, ssenari müəllifi
- “Şərqin nəqşi cahanı” – (2013, rejissor
- “Aidanın Levantiya ariyası” – (2014, sənədli film) – rejissor
- “Ocaqov” – (2014, sənədli film) – rejissor, ssenari müəllifi
- “Nağara” – (2016, sənədli film) – rejissor, ssenari müəllifi
- “Musiqinin Məcnunu” – (2017, sənədli film) – rejissor, ssenari müəllifi
- “Eviniz abad” – (2018, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- “Azərbaycanda gəmiçilik” – (2018, sənədli film) – rejissor
- “Sizə məktub var” – (2018, sənədli film) – rejissor
- “Köşk” – (2018, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi

Kontakt:+994 50
Ünvan:Bakı ş.