Musa Bağırov
Kinorejissor
(10.05.1932 – 11.05.2022)
Musa Ağabəy oğlu Bağırov Bakıda anadan olub. Uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində çalışıb. 50-dən artıq sənədli filmə quruluş verib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların – “Generalın yolu” (1988), “Sərkərdənin taleyi” (1999) kitablarının müəllifidir. Əməkdar incəsənət xadimi Musa Bağırov 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib. Rejissor Musa Bağırov 11 may 2022-ci ildə vəfat edib.
- https://aki.az/%C9%99m%C9%99kdar-inc%C9%99s%C9%99n%C9%99t-xadimi-musa-bagirov-v%C9%99fat-edib/
- https://www.bakupost.az/emekdar-incesenet-xadimi-musa-bagirov-vefat-etdi
- https://cenublu.az/tarixi-faktlar-v-s-xsl-r/hazi-aslanovun-doyus-yoluna-hasr-olunmus-ekran-asari-general-aslanov-filmi/
- http://veteran.gov.az/az/news/1878-Musa%20Ba%C4%9F%C4%B1rov,%20ba%C5%9Fsa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1
FILMOQRAFIYA:
- Mənim dostum (1963, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Azərbaycanın səhnə ustaları (1965, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İncəsənət veteranı (1966, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dostların görüşü (1967, qısametrajlı sənədli film) – rejissor
- Monrealda Azərbaycan günü (1967, qısametrajlı sənədli film) – montaj rejissoru
- Azıx mağaraları (1968, qısametrajlı sənədli film) – rejissor
- Bülbül (1968, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan milisinin tarixi (1969, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Mehdi Hüseyn (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- General Aslanov (1970, qısametrajlı sənədli film) – rejissor
- Qurultaydan qurultaya (1970, qısametrajlı sənədli film) – rejissor
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (1970, sənədli serial) – ssenari müəllifi
- Azərbaycan miniatürləri (1971, qısametrajlı sənədli film) – rejissor
- Yazıçının bir günü (1971, qısametrajlı sənədli film) – rejissor
- Çobanbayatı (1972, qısametrajlı sənədli film) – rejissor
- Zaqatala (II) (1972, qısametrajlı sənədli film) – rejissor
- Dəniz cəsurları sevir (1973, qısametrajlı sənədli film) – rejissor
- Şəhərin estetikası (1973, qısametrajlı sənədli film) – rejissor
- Peşimançılıq (1974, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Uzunömürlü ağaclar (1974, qısametrajlı sənədli film) – rejissor
- Ekspo-75 (1975, qısametrajlı sənədli film) – rejissor
- Neft Daşlarının 25 illiyi (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yaşıl boyunbağı (1975, qısametrajlı sənədli film) – rejissor
- Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – rejissor
- 60 il keşikdə (1977, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- 1990-cı ilin adamı (1977, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycanın odla mübarizə aparanları (1978, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İnsana qayğı (1978, qısametrajlı sənədli film) – rejissor
- Bizim günlərin mahnıları (1979, qısametrajlı sənədli film) – rejissor
- Yoldaş Alyoşa (1979, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycanın xoşbəxt torpağı (1980, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- 60 il keşikdə (II) (1981, qısametrajlı sənədli film) – rejissor
- Belə bir kənd var (1981, qısametrajlı sənədli film) – rejissor
- Vahid ailədə (1982, qısametrajlı sənədli film) – rejissor
- General Aslanov (II) (1983, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Beşilliyin addımları (II) (1986, qısametrajlı sənədli film) – rejissor
- İnersiyasız düşünmə (1988, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Vətən sərhəddən başlanır (1988, qısametrajlı sənədli televiziya filmi) – rejissor
