Nadir Muqbilov
Rejissor
(17.11.1963 – 05.12.2017)
Nadir Muqbilov Bakıda anadan olub. Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, amma davam etdirməyib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dinləyici kimi dərslərdə iştirak edib (1987-1989). Bir müddət Permdə yaşayıb. “Azərbaycanfilm”də fəhləlikdən başlayıb kinooperator assistenti, kaskadyor, tryuk quruluşçusu, quruluşçu rejissor kimi fəaliyyət göstərib. İdmanın karate növü ilə məşğul olub. Nadir Muqbilov 2017-ci ildə vəfat edib.
- https://az.trend.az/azerbaijan/society/1190994.html
- https://kulis.az/news/20633
- https://hafta.az/ag-olumun-kolgelerinden-cagiris-107373-xeber.html
FILMOQRAFIYA:
- Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – kinooperator assistenti
- Axırıncı reys (1989, qısametrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
- Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
- Tələ (1991, tammetrajlı bədii film) – tryuk quruluşçusu
- Hökm (1994, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (neftçi Babək), tyruk quruluşçusu, kaskadyor
- Son döyüş (1996, tammetrajlı bədii film) – aktyor (Nadir), döyüş səhnələrinin quruluşu
- Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – inzibatçı
- Prokuror (2008, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Cavad xan (2008, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor

Hüquqvarisi:Rüfət Muqbilov (qardaşı)
Kontakt:9:00 to 16:30
Ünvan:9:00 to 16:30