Namiq Ağayev
Kinorejissor
(20.06.1962)
Namiq Firudin oğlu Ağayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram rejissoru fakültəsində təhsil alıb (1979-1984). Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor assistenti və rejissor (1979-1987), Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor (1987-1993), Space TV-də Yaradıcılıq Emalatxanasının rəhbəri (2002-2007), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıq üzrə rəssam (2009-2010), Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rejissor (2010) olub. 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatrlarında tamaşalara quruluş verib. 2007-ci ildən Azərbaycan televiziyasında rejissor vəzifəsində çalışıb.
“Bu dünyanı nağıl bilək” klipinə görə “Humay” mükafatına (2002), “Axınla aşağı” filminə görə “Ən yaxşı aktyor” nominasiyasında (2015), “Ol” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında (2018) “Qızıl Pəri” Mükafatlarına layiq görülüb.
Rejissor Namiq Ağayev yazıçı Firudin Ağayevin oğludur.
Rejissor Namiq Ağayev aktrisa Rumiyyə Ağayevanın atasıdır.
Rejissor Namiq Ağayev aktrisa Vüsalə Ağayevanın həyat yoldaşıdır.
- http://kinobiz.az/celebrity/namiq-agayev/
- https://www.publisist.az/mezmun/namiq-agayev-kino-da-tamasa-da-kutleye-xitab-etmelidir/218
- https://teatro.az/az/post/namiq-agayev-derdlerimiz-qloballasir-257
- https://kulis.az/xeber/senet/xeber_____________________________-5769
- https://medeniyyet.az/page/news/58822/.html
FILMOQRAFIYA:
- Bahar oğlu (2004, sənədli televiziya filmi) – rejissor
- Ramiz Əsgərov haqqında… (2004, sənədli televiziya filmi) – bədii rəhbər
- İnterpapa (2006, bədii film) – rejissor
- Qızlar (2007, bədii serial) – rejissor
- Biz Qarabağlıyıq (2008, sənədli televiziya filmi) – rejissor
- Qarabağdır Azərbaycan (2009, bədii film) – aktyor
- Bədr olmamış hilal (2010, sənədli televiziya filmi) – rejissor
- Deyilənlər gəldi başa… (2011, sənədli televiziya filmi) – rejissor
- Gələcək günün adamı… (2011, sənədli televiziya filmi) – rejissor
- Rauf Kazımovski (2011, sənədli televiziya filmi) – rejissor
- Azərbaycan xanlıqları. İrəvan xanlığı (2012, sənədli televiziya filmi) – rejissor
- Molla Pənah Vaqif (II) (2012, sənədli televiziya filmi) – rejissor
- Yuva (2012, bədii film) – aktyor
- Alınmaz qalanın qəhrəmanları (2013, sənədli film) – aktyor
- Axınla aşağı (2014, bədii film) – aktyor (Əli)
- Xəlvətdə qalmış müdrik (2014, sənədli film) – aktyor
- Nəbi Xəzri (II) (2014, sənədli televiziya filmi) – rejissor
- 1 Şəhər motivləri – Yuxarıda və aşağıda (2015, bədii film, kinoalmanax) – aktyor
- Bağışla, gələ bilmədim (2015, bədii film) – aktyor
- Cəhd (2015, bədii film) – aktyor
- Barama (2017, bədii serial) – aktyor
- Lal yuxu (2017-2018, bədii serial) – aktyor
- Ol (2018, bədii film) – rejissor, ssenari müəllifi, aktyor
- Bizim komandir (2021, sənədli film) – rejissor, ssenari müəllifi
- Ruh bir olsa dağ oynadar yerindən (film-tamaşa) – rejissor
