Nijat Feyzullayev
rejissor, ssenarist
(01.11.1945)
01 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub.1964-1969 – cu illərdə Azərbaycan Politexnik Unstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya institutunda təhsil alır.1970- ci illərdə Azərbaycanfilm kinostudiyasında işləyir.Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu-rejissoru, ssenari müəllifidir.
Filmoqrafiya:
1977 – “Azərbaycanın memarlıq abidələri” – (sənədli film)
1978 – “Toy karvanı” – (bədii film)
1980 – “Anaya məktub” – (sənədli film)
1982 – “Belə bir şəhər var” – (sənədli film)
1983 – “Təzə evlənənlər”- (bədii film)
1988 – “Yaşa qızıl balıq” – (bədii film)
1989 – “Fizuli”- (sənədli film)
1994 – “Şirvanda izim qaldı”- (sənədli film)
2004 – “Küçələrə su səpmişəm” – (bədii film)
