Nizami Abbas
rejissor, təsvir rejissoru, ssenarist, prodüser
(01.01.1957)
Nizami Vəli oğlu Abbas (Nizami Abbasov) Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində təhsil alıb (1988). İlk fəaliyyətinə “Lenfilm”də (1974-1975, Rusiya) operator köməkçisi kimi başlayıb. 1976-cı ildən “Azərbaycanfilm”də, daha sonra “Yaddaş” studiyasında işləyib. 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib və döyüş bölgələrində çəkilişlər aparıb. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub (1992-1998). Əvvəlcə kinooperator, daha sonra rejissor kimi fəaliyyət göstərib. 2005-ci ildən etibarən özünün təsis etdiyi “Yurdfilm” studiyasına rəhbərlik edir. Əməkdar İncəsənət Xadimidir (2007). 2015-ci ildə Nizami Abbasın “Balaban” filmi sənədli filmdə “Ən yaxşı rejissor işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” mükafatına layiq görülüb. Nizami Abbas Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Avropa Kino Akademiyasının üzvüdür.
Rejissor, təsvir rejissoru Nizami Abbas təsvir rejissoru Üzeyir Abbasın atasıdır.
- https://aki.az/nizami-abbas-65/
- https://teleqraf.com/news/art/120321.html
- https://www.youtube.com/watch?v=B3k870-bkUQ
- https://publika.az/news/art/302276.html
- http://www.anl.az/down/meqale/nedelya/2017/yanvar/525111.htm
- http://terter-ih.gov.az/az/news/487.html
- https://manera.az/index.php?newsid=14800
- https://www.trend.az/life/socium/3543396.html
FILMOQRAFIYA:
- Xaqani (1980, qısametrajlı sənədli film) – assistent
- Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – kinooperator assistenti
- Yumruqlarla solo (1984, tammetrajlı bədii film) – rejissor
- Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – kinooperator
- Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – kinooperator
- Afroditanın qolları (1987, qısametrajlı bədii film) – təsvir rejissoru
- Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
- Sahibi kimdir? (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – təsvir rejissoru
- Axırıncı addım (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Aman, ayrılıq (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- El bir olsa… (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Həmyerli (1989, qısametrajlı bədii film) – kinooperator
- Kamandar Olimpiya çempionudur (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Meydan (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Məhəmməd Füzuli (II) (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Dözümlü minarələr (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qəm karvanı (1990, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Sərhəd (1990, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Ağ-qara dünya (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Müharibənin iki üzü (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sürüşmə (1991, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Naməlum torpaq (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Azadlıq elçisi (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Elan olunmamış müharibə (1994, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
- Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Əzablı yollar (II) (1995, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Kiçik leytenant (1996, tammetrajlı bədii film) – təsvir rejissoru
- Adam (1996-2010, qısametrajlı bədii film) – təsvir rejissoru, montaj rejissoru
- Sən həmişə bizimləsən (1997, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sınmış zəncirlər (1997, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Şeytanbazar (1997, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- General Hüseyn Rəsulbəyov (1998, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Kədərimiz… Vüqarımız… (1998, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Kinorejissor Arif Babayev (2000, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Etimad telefonu (2001, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Kinorejissor Həsən Seyidbəyli (2002, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bəyaz həyat (2003, bədii serial) – təsvir rejissoru
- Fikrət Əmirov (II) (2004, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Neft (II) (2004, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Səma şairi (2004, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qobustan (IV) (2005, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Narahat adam (2005, tammetrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – təsvir rejissoru qrupunun üzvü
- Azərbaycan: tarixdən səhifələr (2006-2008, sənədli serial) – rejissor, təsvir rejissoru
- Şəkinin tarixi abidəsi (2007, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qocalar (2008, qısametrajlı bədii film) – kreativ prodüser
- Lahıc ritmləri (2008, qısametrajlı sənədli film) – prodüser
- Mənim məktəbim (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azərbaycan xalçası (II) (2009, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ey həyat, sən nə qəribəsən (2009, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Üçüncü zəng (II) (2009, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – rejissor
- Həyəcan tonqalları (2010, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bəşəriyyətin beşiyi (2011, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Kaman (2011, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Tar (2011, qısametrajlı sənədli film) – rejissor
- Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Balaban (III) (2012, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru (2015, “Qızıl Pəri” mükafatı-“Ən yaxşı sənədli film”-sənədli filmdə)
- Daş plastikası (2012, qısametrajlı sənədli film) – rejissor, prodüser
- Mayak (2012, qısametrajlı bədii film) – təsvir rejissoru
- Sirli bənövşə (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Müharibə uşaqları (2014, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azərbaycan mətbəxi: dadsonrası dad (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
- İlk komandir (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Pəhləvan komandir (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Batalyon (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İgid əsgər (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- İsgəndərin sorağında (2017, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Silahdaşlar (2019, tammetrajlı sənədli film) – rejissor
- Haqq aşiqi (II) (2021, tammetrajlı bədii-sənədli film) – rejissor
