Ömür Nağıyev
rejissor, aktyor
(01.06.1953 – 31.12.2013)
Ömür Malik oğlu Nağıyev Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1975-1979). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, Sankt-Peterburq Dövlət Teatrında (1980), Bakı Bələdiyyə Teatrında (1995-1997) aktyor, Azərbaycan televiziyasında rejissor kimi çalışıb. 2005-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici kinematoqrafçıların istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” (1971, Polşa) filmində Kapitan W rolunda, “Qanq üzərində zühur” (1975, rejissor Latif Fayziyev, Tacikistan, Özbəkistan, Hindistan) filmində Nikxələs rolunda, “Çavus Qadban” (1976, Oman Ərəb Respublikası) filmində çavus Qadban rolunda çəkilib. Əməkdar artist Ömür Nağıyev 2013-cü ildə vəfat edib.
Rejissor, aktyor Ömür Nağıyev aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.
- https://aki.az/omur-nagiyevin-%C9%99ziz-xatir%C9%99sin%C9%99/
- https://kulis.az/xeber/edebi-tenqid/xeber____-7646
- http://www.anl.az/down/meqale/medeniyyet/2013/may/311413.htm
- https://xeber.azeri.net/medeniyyet/emekdar-artist-omur-nagiyev-vefat-edib
FILMOQRAFIYA:
- Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (tələbə)
- Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
- Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – aktyor (Fərəc)
- Var olun, qızlar (1972, tammetrajlı bədii film) – aktyor (Rüstəm)
- Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Rasim)
- Evin kişisi (1978, tammetrajlı bədii film) – aktyor (Pənah)
- Anın quruluşu (1980, tammetrajlı bədii film) – aktyor (Tofiq)
- Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Bahadurun adamı)
- Bağlı qapı (1981, tammetrajlı bədii film) – aktyor (Muradla vuruşan)
- Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor
- Gümüşü furqon (1982, tammetrajlı bədii film) – aktyor (Fərman)
- Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – aktyor (Riyadın tanışı)
- İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Ömür)
- Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (Rauf)
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Kalış)
- Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (Eldar)
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (bolşevik)
- İmtahan (1987, tammetrajlı bədii film) – aktyor (ofisiant)
- Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (brokonyer)
- Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (Bağbanoğlu)
- Bəxtəvər (1990, qısametrajlı bədii film) – rejissor
- “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (qəsəbə sakini)
- Onun taleyi (1991, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycanın dəniz qapısı (1992, qısametrajlı sənədli film) – rejissor
- Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – aktyor (Səbinənin qardaşı)
- Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – aktyor (kisəçi)
- Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (“Linkoln” Ramiz), filmi səsləndirən (Şükür Rzayev-Elxan Ağahüseynoğlu)
- Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – aktyor (Amin)
- Ərazi (2005, qısametrajlı bədii film) – aktyor
- Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (Xocalı qaçqını Nağıyev)
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Topal)
- Abşeron gizlinləri (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Kinli, xəsis, səfeh (2008, qısametrajlı bədii film) – aktyor
- Cəsur təyyarə (2009, animasiya filmi) – filmi səsləndirən
- Dünən qəfildən gəldi… (2009, qısametrajlı bədii film) – ikinci rejissor
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor (Çingiz)
- Kuklalar (II) (2010, tammetrajlı bədii film) – aktyor (Tomun atası)
- Vəkil hanı? (2011, tammetrajlı bədii film) – aktyor (müstəntiq)
- Sirr (2012-2013, bədii serial) – aktyor (Sabir)
- Əfsanəvi musiqi (qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
