Oqtay Babazadə
rejissor, ssenarist
(30.10.1941)
Oqtay Ələkbər oğlu Babazadə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində (1968), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (1979) təhsil alıb. 1959-cu ildən Dövlət Teleradio Verilişləri Şirkətində çalışır. Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, dosentidir. Əməkdar incəsənət xadimidir (2000).
- http://www.anl.az/down/meqale/525/2014/noyabr/402018.htm
- https://www.edebiyyatveincesenet.az/index.php/az/kino-ve-teatr/item/882-bu-zhun-tan-nm-sh-rezhissor-ogtay-babazadaenin-80-yash-tamam-olur
- https://ikisahil.az/post/194684-esre-beraber-uzaq-ve-yaxin-lutfi-zade-omru
FILMOQRAFIYA:
- Ən birinci (1963, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Güləş qrosmeysteri (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Hakim (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Hücumçu həmişə irəlidədir (1968, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Əgər bütün dünyanın oğlanları… (1970, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Xəzərin qonaqları (1970, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (1970, sənədli serial) – rejissor
- Leyla və dostları (1971, qısametrajlı bədii film) – rejissor
- Günəşlə dolu dünya (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Qubanın ağ alması (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Şamaxı rəsədxanası (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Ülviyyənin mahnıları (1973, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Buraxılışa hazırdır (1974, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Torpağın rəngi (1974, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Bir alaydan olanlar (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Mənim sevimli oyunum (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Azərbaycan tütünü (1976, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Çempionların hamisi (1976, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Muğam (1976, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Gənc astronomlar (1977, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xəzər – problemə nəzər (1977, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Sirlər xəzinəsi (1979, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Rənglərin melodiyası (1981, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Sarı çiçək (1983, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yalnız şəxsi məsələ deyil (1984, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Ən gənc (1987, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Zirvəyə doğru (1991, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Zərgər (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Alban abidələri (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Alim (2007, tammetrajlı sənədli film) – rejissor, prodüser
- Toğrul (2010, tammetrajlı sənədli televiziya filmi) – rejissor

Əlaqə:050 354 06 94
Ünvan:-