Rasim İsmayılov
rejissor, təsvir rejissoru
(13.07.1936 – 03.05.2004)
Rasim Rza oğlu İsmayılov Bakıda anadan olub. Uşaqlıq çağlarında aviasiya ilə maraqlanıb, təyyarəçi olmağa hazırlaşıb. Təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçməyib. Rasimin ikinci əyləncəsi fotoqrafiya idi. 1958-ci ildə o, Bakı kinostudiyasında kinooperator assistenti işləməyə başlayıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1958-1963, Boris Volçekin kursu). Bir müddət Azərbaycan televiziyasında çalışıb. 1963-cü ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru, 1977-ci ildən isə rejissor kimi işləməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uşaqlar üçün nağıllar, hekayələr yazıb. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb. Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978) Rasim İsmayılov 2004-cü ildə vəfat edib.
- http://kinobiz.az/celebrity/rasim-ismayilov/
- https://medeniyyet.az/page/news/4285/Kinorejissor-Rasim-Ismayilov-anildi.html
- https://azertag.az/xeber/Gorkemli_kinooperator_Rasim_Ismayilovun_anadan_olmasindan_85_il_otur-1829417
- https://modern.az/az/news/70728/asif-vasif-agasif-filminin-kadrarxasi-usaq-plastilini-halva-bilib-yedi-ve-xestexanaya-dusdu
- https://www.museumcenter.az/az/calendar/503
- http://regionplus.az/az/articles/view/6453
- https://teleqraf.com/news/art/113909.html
FİLMOQRAFİYA:
- Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən… (1964, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
- Şəhərin ritmləri (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
- Daha iki nəfər (1965, qısametrajlı bədii film) – ssenari müəllifi
- Danışan işıqlar (1965, animasiya filmi) – rejissor, ssenari müəllifi
- Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – təsvir rejissoru
- Mavi ekranın yolları (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – təsvir rejissoru
- Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qırmızılar, qaralar və başqaları (1969, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Sevil (II) (1970, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
- Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
- Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – təsvir rejissoru
- Gün keçdi (1971, tammetrajlı bədii film) – təsvir rejissoru
- İmadəddin Nəsimi (1973, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Mahnı qanadlarında (II) (1973, tammetrajlı sənədli film) – ssenari müəllifi, təsvir rejissoru
- Məndə sığar iki cahan… (1973, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Nəsimi (II) (1973, tammetrajlı bədii film) – təsvir rejissoru
- Dədə Qorqud (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
- Dörd bazar günü (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
- Fransa qəhrəmanı (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Nabran (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – təsvir rejissoru
- Sevinc buxtası (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şir evdən getdi (1977, tammetrajlı bədii film) – rejissor, təsvir rejissoru
- Möcüzələr adası (III) (1978, animasiya filmi) – ssenari müəllifi
- Şəhərlərin dostluğu (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Babək (1979, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
- Anın quruluşu (1980, tammetrajlı bədii film) – rejissor, təsvir rejissoru
- İşgüzar səfər (1982, tammetrajlı bədii film) – rejissor
- Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – rejissor
- Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – rejissor
- Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Axırıncı reys (1989, qısametrajlı bədii film) – direktor
- Tələ (1991, tammetrajlı bədii film) – rejissor
- Səs (II) (1993, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – rejissor
- Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – bədii rəhbər
- Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – ssenari müəllifi (ölümündən sonra)
