Rasim Ocaqov
rejissor, təsvir rejissoru
(22.11.1933 – 11.07.2006)
Rasim Mirqasım oğlu Ocaqov Şəkidə anadan olub. Gənclik illərində foto ilə maraqlanıb. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işlərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alıb. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi çalışmağa başlayır. Daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (1977). 1973-cü ildən quruluşçu-rejissor kimibçalışıb. 1990-cı ildən “Ocaq” müstəqil studiyasının rəhbəri olub. Əməkdar incəsənət xadimi (1967), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 2006-cı ildə vəfat edib.
- https://kulis.az/xeber/kino/xeber_______________________________-6793
- https://kulis.az/xeber/media/evlendiyi-qadini-senetden-uzaqlasdiran-olum-ayaginda-siqaret-isteyen-xalq-artisti-colorredmaraqli-faktlarcolor-27438
- https://az.trend.az/azerbaijan/culture/2983746.html
- https://www.mia.az/w1017681/1017681
- https://525.az/news/180586-gorkemli-rejissor-rasim-ocaqovun-dogum-gunudur
- https://azertag.az/xeber/Bu_gun_gorkemli_rejissor_Rasim_Ocaqovun_dogum_gunudur-1931722
- https://az.trend.az/azerbaijan/culture/2983746.html
- https://az.trend.az/azerbaijan/culture/2983678.html
- http://sheki-ih.gov.az/az/news/1633.html
FILMOQRAFIYA:
- Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – kinooperator
- Bakı bu gün (1958, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Məhəmməd Füzuli (1958, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – təsvir rejissoru
- Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – kinooperator
- Əsl dost (1959, tammetrajlı bədii film) – təsvir rejissoru
- Yolda əhvalat (1960, qısametrajlı bədii film) – rejissor, təsvir rejissoru
- Bizim küçə (1961, tammetrajlı bədii film) – təsvir rejissoru
- Matteo Falkone (1961, qısametrajlı bədii film) – təsvir rejissoru
- Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – təsvir rejissoru
- Abidələr danışır (1964, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Kimi daha çox sevirik – Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru, ikinci rejissor
- Dağıstan konserti (1964, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Konsert proqramı (1964, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Azərbaycanın səhnə ustaları (1965, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – təsvir rejissoru, ikinci rejissor
- Məhəbbət haqqında əfsanə (1967, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Şur (1967, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – təsvir rejissoru
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Çiçək yağışı (1971, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – təsvir rejissoru
- Skripkanın sərgüzəşti (1972, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – rejissor
- Tütək səsi (1976, tammetrajlı bədii film) – rejissor
- Ad günü (1977, tammetrajlı bədii film) – rejissor
- İstintaq (1979, tammetrajlı bədii film) – rejissor
- Bağlı qapı arxasında (1981, tammetrajlı bədii film) – rejissor
- Əlavə iz (1981, tammetrajlı bədii film) – bədii rəhbər
- Park (1983, tammetrajlı bədii film) – rejissor
- Özgə ömür (1987, tammetrajlı bədii film) – rejissor
- Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – bədii rəhbər
- Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – rejissor
- Zirzəmi (1990, tammetrajlı bədii film) – bədii rəhbər
- Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – rejissor
- Təhminə (1993, tammetrajlı bədii film) – rejissor
- Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – rejissor
- Otel otağı (1998, tammetrajlı bədii film) – rejissor
