Rövşən İsax
rejissor
14.08.1970
Rövşən İsax (Rövşən Məmmədov İsax oğlu) Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram teatrı və kino aktyoru” fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan televiziyasında “Virtouz” verilişində, Space TV-də rejissor kimi çalışıb. Samanyolu televiziyasının Azərbaycan filialının icraçı direktoru olub (1998-2001). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (1993-1998). “Pozitiv media”nın direktoru vəzifəsində çalışıb (2003-2012). Azərbaycan Kino Akademiyasının “QIZIL PƏRİ” Peşə mükafatının laureatıdır. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının və Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvüdür.
- https://news.day.az/culture/558950.html
- https://www.adalet.az/mobil/16939
- https://aki.az/rovs%C9%99n-isax-t%C9%99%C9%99ssuf-ki-az%C9%99rbaycanda-seriala-h%C9%99ddind%C9%99n-artiq-barmaqarasi-yanasma-var/
- https://teleqraf.com/news/art/79398.html
- https://www.aznews.az/news/medeniyyet/69345.html
FILMOQRAFIYA:
- Yarasa (1995, tammetrajlı bədii film) – aktyor (rəssam)
- Kiçik leytenant (1996, tammetrajlı bədii film) – rejissor, aktyor (sərnişin)
- Azərbaycan Xalq Cümhuriyyəti (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Etimad telefonu (2001, tammetrajlı bədii film) – aktyor (elmi işçi)
- Ümid evi (2001, sənədli film) – rejissor
- Aktrisa (2011, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (müstəntiq Eldar Əfəndiyev)
- Pərvanələrin rəqsi (2012-2013, bədii serial) – rejissor, ssenari müəllifi
- Sonuncu fəsil (2013-2014, bədii serial) – rejissor, ssenari müəllifi
- Vicdan haqqı (2016-2018, bədii serial) – rejissor, ssenari müəllifi
- Yuxu kimi (2019-2023, bədii serial) – rejissor, ssenari müəllifi
