Rüfət Əsədov
rejissor
(30.08.1960)
Rüfət Nadir oğlu Əsədov Naxçıvanda anadan olub. Leninqrad Texnoloji Universitetində, Leninqrad Rəssamlıq Akademiyasında, “Lenfilm”in nəzdindəki Kino Məktəbində (Aleksandr Sokurovun kursu) təhsil alıb. Amerikalı prodüser Oleq Harrincarın rəhbərlik etdiyi “Sənədli filmlərin istehsalı” kurslarınının dinləyicisi olub (1999). ABŞ-ın San-Fransisko şəhərində yerləşən “Promatheus Production” kinostudiyasında staj keçib (2000). Bir müddət “Lenfilm”də müxtəlif vəzifələrdə çalışıb. Bakıya qayıdandan sonra “Yeni Film” yaradıcılıq birliyində, Azərbaycan televiziyasında (1994-1996) çalışıb.
Xarici film istehsalçılarının “Mrakovka” (1993, rejissor V.Burbano / Ekvador) filminin ikinci rejissoru və aktyoru, “Ağrı” (2000, rejissor Oleq Harrincar / ABŞ) filminin icraçı prodüseri olub. “Humay” və “Qızıl çıraq” Milli kino mükafatlarına, beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
- http://kinobiz.az/celebrity/ruf%C9%99t-%C9%99s%C9%99dov/
- https://aki.az/ruf%C9%99t-%C9%99s%C9%99dovun-60-yasi-tamam-olur/
- https://teleqraf.com/news/art/335468.html
- https://kulis.az/xeber/senet/xeber____________________-9571
- https://xalqqazeti.com/mobile/az/news/42662
- https://ikisahil.az/post/azerbaycanli-rejissor-moskvada-ilin-adami-mukafatini-alib
- https://azculture.az/az/bizim-kinomuz/201/eger-seni-unutsam-yeruselim-adli-filmin-teqdimati-kecirilib/
FILMOQRAFIYA:
- Yarasa (1995, tammetrajlı bədii film) – aktyor (rejissor)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – aktyor (həkim)
- Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – ikinci rejissor
- Qobustan (III) (1997, qısametrajlı sənədli televiziya filmi) – rejissor assistenti
- Vahimə (1998, qısametrajlı bədii film) – rejissor
- Neftçi (1999, qısametrajlı sənədli film) – rejissor
- Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – inzibatçı
- Peşəkar (1999, qısametrajlı sənədli film) – rejissor, aktyor
- Quba yəhudiləri (2000, qısametrajlı sənədli film) – rejissor
- Antropoloji sənəd (2001, qısametrajlı sənədli film) – rejissor
- Ovsunçu (2002, tammetrajlı bədii film) – inzibatçı
- Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – rejissor, aktyor (humanitar təşkilatın nümayəndəsi)
- Ərazi (2005, qısametrajlı bədii film) – aktyor (ravvin)
- İtirilmiş həqiqət (2008-2011, bədii serial) – rejissor
- Psixiatr (2009, qısametrajlı bədii film) – ikinci rejissor
- Sirr (2012-2013, bədii serial) – rejissor
- Ağır illər… Xoş xatirələr… (2014, qısametrajlı sənədli film) – rejissor
- Kənddə sonuncu yəhudi (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
- Qanlı yanvar (2015, tammetrajlı bədii film) – əlaqələndirici prodüser
- Dönüş (V) (2018, tammetrajlı sənədli film) – rejissor
