Rüfət Şabanov

rejissor

(1922-1988)

22 iyun 1922-ci ildə Bakı şəhərində anadan olub.1945-1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.1951-1957-ci illərdə Rus Dram Teatrında işləyib.1957-1967-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında işləyir.Onun çəkdiyi “Xidməti lifti” filmi Tbilisidə keçirilən kinofestivalda rejissor işinə görə priz və diploma layiq  görülüb.1967-1977-ci illərdə “Azərbaycantelefilm”-in baş rejissoru olmuşdur.Əməkdar incəsənət xadimi idi.

Filmoqrafiya: 

1964 – “Dağıstanın incəsənət ustaları” – (sənədli film)

1965 – “Xidməti lift”- (bədii film)

1973 – “Quba” – (sənədli film)

1977 – “Bakı” – (sənədli film)

1980 – “Nizami Gəncəvi” – (sənədli film)

1981 – “Şüvalan gülləri” – (sənədli film)

1983 – “Gəmi saatının sirri” – (bədii film)

1985 – “Gəncliyin 17-ili” – (bədii film)

Hüquqvarisi: həyat yoldaşı Elmira Şabaova
Əlaqə: 050 515 16 26
Ünvan:-