Rza Təhmasib

Kinorejissor
(20.04.1894 – 14.02.1980)

Rza Abbasqulu oğlu Təhmasib Naxçıvanda anadan olub. 1901-ci ildə Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almağa başlayıb. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilib. Beş il sonra “Məktəbi-tərbiyə”ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olub. 1909-cu ildə oranı da başa vurub. 1918-ci ildə Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtı və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir. 1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabrında Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olub. 1922-ci ilin avqustunda Vətənə geri dönüb və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1937, Sergey Eyzenşteynin emalatxanası). Səhnə fəaliyyətinə 1910-cu ildə Tiflisdə Müsəlman Artistləri İttifaqının teatr truppasında başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında aktyor, rejissor, bədii rəhbər (1922-1924), direktor (1937-1938, 1953-1959), kinostudiyada rejissor, bədii rəhbər vəzifələrində işləyib. Əməkdar incəsənət xadimi (1946), xalq artisti (1964), SSRİ dövlət mükafatı laureatı (1946) Rza Təhmasib 1980-ci ildə vəfat edib.

Rejissor, aktyor Rza Təhmasib yazıçı, dramaturq Məmmədhüseyn Təhmasibin qardaşıdır.

  1. http://anl.az/down/meqale/xalqcebhesi/2013/may/307427.htm
  2. http://anl.az/el/emb/TEATR/aktyorlar/rza_tehmasib.htm
  3. https://modern.az/az/news/235914/kinomuzun-qalosluadami-iblis-simali-obrazin-benzersiz-ifacisi-fotolar-
  4. https://medeniyyettv.az/az/news/2773/rza-tehmasib-oluleri-dirilden-rejissor
  5. https://kulis.az/xeber/kino/huseyn-cavidin-dostu-ataturkun-bade-yoldasi-mirze-celilin-dusmeni-colorred-xalq-artistinin-film-kimi-heyaticolor-28701
  6. https://oxu.az/culture/128145
  7. http://teatrittifaqi.az/index.php/az/ittifazh-hazhzhinda/sedrler/62-tahmasib

FILMOQRAFIYA:

  1. Balıqçılar (1927, qısametrajlı bədii film) – rejissor
  2. Azərbaycan SSR-nin 15 illiyi (1935, qısametrajlı sənədli film) – rejissor
  3. Almas (1936, tammetrajlı bədii film) – aktyor (həkim)
  4. Ordenli Azərbaycan (1938, tammetrajlı sənədli film) – rejissor
  5. Səbuhi (1941, tammetrajlı bədii film) – rejissor
  6. Bir ailə (1943, tammetrajlı bədii film) – ikinci rejissor
  7. Arşın mal alan (I) (1945, tammetrajlı bədii film) – rejissor
  8. Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Şamaxı xanı Ağası xan)
  9. Bakının işıqları (1950, tammetrajlı bədii film) – rejissor, aktyor (Mir Cəfər Bağırov)
  10. Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – rejissor
  11. Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – rejissor
  12. Qanun naminə (1968, tammetrajlı bədii film) – aktyor (Qaloş)
  13. Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktyor (Cəbrayıl dayı)
  14. Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktyor (özü)
  15. Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – aktyor (Şahmar bəy)
Rza_Tahmasib-3
Hüquqvarisi:Naməlum...Axtarılır...
Kontakt:+994 12 431-77-31
Ünvan:Bakı ş. Moskva prospekti 1.