Şahirə Tacəddin
rejissor
(26.03.1963)
26.03.1963-cü ildə Azərbaycanın Zaqatala şəhərində anadan olmuşdur.1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirib.1989-1999-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında – rejissor, 1999-cu ildən Azərbaycan Proffessional Kinorejissorlar Gildiyasına İcraçı Direktor və Mətbuat Katibi, 2009-cu ildən bu günədək Direktor vəzifəsində çalışır. Gildiya idarə heyətinin üzvüdür. 2007-ci ildə “Film ” produser Mərkəzinin Direktoru təyin olunub. Bir çox Beynəlxalq Festivalların (1997) və Konfransların (2006, 2011) iştirakçısıdır.
Filmoqrafiya:
1994 – “Təbəssüm”- (bədii film) – rejissor
2005 – “Xəzər gəlini” – (bədii film)- icraçı produser
2006 – “Süni bənövşələr” (sənədli film)- icraçı produser
2007 – “O günləri seyr edərkən” – (sənədli film) – icraçı produser
“AFC-2005” – “Azerbaijan Film Comission”
2006 – “Muğamın ekranlaşdırılması”
2009 – “Müəllif hüquqları sahəsində icra mexanizmlərinin monitorinqi”
2001-2007 – “Beynəlxalq Audiovisual Festivallar” – lahiyyələrinin icraçı direktoru;
2005 – 2007 – Həvəskar Film Festivalı -müəllif və rəhbər
2011 – “Səssiz filmlərimizə yeni nəfəs ” – icraçı produser
