Tahir Əliyev
kinorejissor
(28.04.1975)
Tahir Əliyev 28 aprel 1975-ci ildə Bakıda anadan olmuşdur. 1993-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakultəsində təhsil alıb. 2012-2014-cü illərdə Türkiyə Cumhuriyyəti İstanbul Beykent Universitetinin Sinema üzrə magistr tehsili alıb. 1995-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, 2003-2007-ci illərdə Azərbaycantelefilm” yaradıcılıq Birliyində kinorejissor, 2007-2008-ci illərdə AzTV-nin “Xüsusi lahiyələr” departamentində rejissor kimi çalışıb. 2008-ci ildən “Salnamə” kinostudiyasında quruluşçu rejissordur. Bir çox Beynəlxalq festivalların laureatıdır.
Filmoqrafiya:
1998 – “Yaz havası” – (bədii film)
2004 – “Özgələr arasında doğma” – (sənədli film)
2005 – “Akademik Yusif Məmmədəliyev” – (sənədli)
2005 – “Nəimi” – (sənədli film)
2006 – “Kuklalar, adamlar…” – (sənədli film)
2006 – “Sərhədsiz ürək” – (sənədli film)
2007 – “Səhra gülü” – (sənədli film)
2008 – “125 illik yol” – (film)
2008 – “Sofya” – (sənədli film)
2008 – “Təxəllüsü Mixaylo” – (sənədli film)
2009 – “Parisli azərbaycanlı” -(sənədli film)
2010 – “Xəzərdən dünyaya” – (sənədli film)
2010 – “Kazım Qarabəkir Paşa” (sənədli film)
2010 – “Qafqaz qartalının uçuşu” – (sənədli film)
2010 – “Sizi çox sevirəm” – (sənədli film)
2011 – “21ci ilin payızı” – (sənədli film)
2011 – “IX korpus”- (sənədli film)
2012 – “Unudulmuş partizan”- (sənədli film)
2013 – “Tbiliso” – (sənədli film)
2013 – “Parisdən məktublar” -(sənədli film)
2014 – “Səsdən usanmışlar” – (sənədli film)
2014 – “Qafqazdan Appeninə” – (sənədli film)
2015 – “Səssiz adam” – (sənədli film)
2015 – “Düdəngədən Münhenə” – (sənədli film)
2015 – “Polkovnik”- (sənədli film)
2016 – “Əbədi ezamiyyət”- ( film) – aktyor
2016 – “Sakit gün” – (sənədli film)
2016 – “Ürək yaddaşı” -(sənədli film)
2016 – “İqlimlər” – (film) — bədii rəhbər
2016 – “Bu Azərbaycan sirkidir” – (film)- bədii rəhbər
