loading

Teymur Bəkirzadə

rejissor, ssenarist

(1941-1996)

Bakı şəhərində anadan olub.1974 – cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir.”Azərbaycanfilm” kinostudiyasında işləmişdir.Sənədli və bədii filmlərin quruluşçu rejissoru olub. “Dissonans” sənədli filmi bir çox Beynəlxalq festivalların mükafatlarına və diplomlara layiq görülüb. Əməkdar İncəsənət xadimi.

Filmoqrafiya: 

1970 – “Sovet Azərbaycanın yarım əsrlik səlnaməsi” – rejissor

1973 – “Şəhərin estetikası” – ssenarist

1974 – “Ömrün səhifələri ” – (bədii film) – rejissor, ssenarist

1974 – “Çətirimiz buludlardır” – (bədii film) – rejissor

1975 – “Azərbaycan festivalları” – rejissor

1977 – “Cənub buxtası” –  rejissor, ssenarist

1978 – “Dissonans” – rejissor

1979 – “Futbol, futbol …” – rejissor, ssenarist

1981 – “Yol əhvalatı” – (bədii film) – rejissor

1982 – “Harri Kasparov” –  rejissor

1983 – “Mənim arzularım hardadır?” – rejissor

1984 – “Gürzə ilə əlbəyaxa” – rejissor, ssenarist

1985 – “Həyat yolu” – rejissor

1985 – “Xalça haqqında dastan” – rejissor

1985 – “Kür dostluq yaradır” – rejissor

1985 – “Sağa doğru addım” – rejissor, ssenarist

1986 – “Böyük ipək yolu” – ssenarist

1988 – “Əfqan gündəliyi” – rejissor

1989 – “Abşeron qayaları” – rejissor

1989 – “Ağrı”-  rejissor, ssenarist

1990 – “Matəm” – rejissor, ssenarist

1991 – “Bizim Bakı teatrı” –  rejissor

1991 – “İlk tamaşa” – rejissor, ssenarist

1991 – “Veteran” – rejissor, ssenarist

1992 – “100 ilin astanasında ” – rejissor

1997 – “Ləqəbi İka” – (bədii film) – rejissor

Hüquqvarisi:həyat yoladşı Rəfiqə Bəkirzadə, oğlu Bəki Bəkirzadə
Əlaqə:-
Ünvan:-