Tofiq Məmmədov
Kinorejissor
15.02.1941
Tofiq Əsgər oğlu Məmmədov (Tofiq İmirli) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində təhsil alıb (Adil İsgəndərovun kursu). 1966-cı ildə kinostudiyaya gəlib. 1970-ci ildə Moskvada Əjdər İbrahimovun yanında 6 ay təcrübə keçib. 1989-cu ildən “Salnamə” sənədli filmlə studyasında çalışıb, bir müddət bu studiyanın direktoru olub (2002-2009). Əməkdar mədəniyyət işçisi (2000), Əməkdar incəsənət xadimidir (2007).
- https://aki.az/tofiq-m%C9%99mm%C9%99dov-80/
- http://kinobiz.az/celebrity/tofiq-m%C9%99mm%C9%99dov/
- https://medeniyyet.az/page/news/20339/20-Yanvarin-Salnamesi.html?lang=az
FILMOQRAFIYA:
- İstintaq davam edir (1966, tammetrajlı bədii film) – rejissor köməkçisi
- Qanun naminə (1968, tammetrajlı bədii film) – rejissor assistenti
- Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – ikinci rejissor
- Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – ikinci rejissor
- Mahnı qanadlarında (II) (1973, tammetrajlı sənədli film) – rejissor
- Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – ikinci rejissor
- 1001-ci qastrol (1974, tammetrajlı bədii film) – rejissor assistenti
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – ikinci rejissor
- Ad günü (1977, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (Əlinin dostu)
- Od içində (1978, tammetrajlı bədii film) – ikinci rejissor
- Anın quruluşu (1980, tammetrajlı bədii film) – rejissor assistenti
- Qızıl uçurum (1980, tammetrajlı bədii film) – ikinci rejissor
- Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – ikinci rejissor
- Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – rejissor assistenti
- Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – ikinci rejissor
- Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – ikinci rejissor
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – ikinci rejissor
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – ikinci rejissor
- Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – rejissor-təcrübəçi
- Goranboy – Oğuz eli (1989, qısametrajlı sənədli film) – rejissor
- Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – rejissor
- Bir daha yüksələn bayraq (1990, qısametrajlı sənədli film) – rejissor
- Biznes konqresi (1990, qısametrajlı sənədli film) – rejissor
- İşığını əsirgəmə (1990, qısametrajlı sənədli film) – rejissor
- Ulu yurd (1990, qısametrajlı sənədli film) – rejissor
- Boz qurdun harayı (1991, qısametrajlı sənədli film) – rejissor
- Xəzər köməyə çağırır (1991, qısametrajlı sənədli film) – rejissor
- Xəzərim mənim, taleyim mənim (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Şəhidlər və qazilər (1991, qısametrajlı sənədli film) – rejissor
- Şirvan şikəstəsi (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ziya ocağı (1991, qısametrajlı sənədli film) – rejissor
- İnama qayıdış (1992, qısametrajlı sənədli film) – rejissor
- Azadlıq elçisi (1993, qısametrajlı sənədli film) – rejissor
- Qarabağ düyünü (1993, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qədirin sorağında (1994, qısametrajlı sənədli film) – rejissor
- Zirvəyə gedən yol (II) (1995, qısametrajlı sənədli film) – rejissor
- Parlament (1996, qısametrajlı sənədli film) – rejissor
- Ailə (1998, tammetrajlı bədii film) – rejissor assistenti
- 9 dəqiqə (1999, qısametrajlı sənədli film) – rejissor
- Əshabi-Kəhf (2000, qısametrajlı sənədli film) – rejissor
- Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – rejissor
- Dədə ocağında (2002, qısametrajlı sənədli film) – rejissor
- Haray (III) (2004, qısametrajlı sənədli film) – rejissor
- Qarabağ xanəndələri (2005, qısametrajlı sənədli film) – prodüser
- Qədim Azərbaycan abidələri (2005, qısametrajlı sənədli film) – prodüser
- Azərbaycan… əbədiyyət yolu (2006, qısametrajlı sənədli film) – ssenari müəllifi, prodüser
- Azərbaycan mədəni irsinə qarşı müharibə (2006, qısametrajlı sənədli film) – prodüser
- Heydər Əliyev. Dünyaya pəncərə (2006, qısametrajlı sənədli film) – prodüser
- Akademik Adilə Namazova (2007, qısametrajlı sənədli film) – rejissor
- Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007, qısametrajlı sənədli film) – prodüser
- Heydər Əliyev – Vətənin keşiyində (2007, qısametrajlı sənədli film) – prodüser
- İngiloylar (2007, qısametrajlı sənədli film) – rejissor
- Monoloq. Ömər Eldarov (2007, qısametrajlı sənədli film) – rejissor, prodüser
- Üzeyir Hacıbəyov – 120 (2007, qısametrajlı sənədli film) – rejissor
- 125 illik yol (2008, qısametrajlı sənədli film) – prodüser
- Cabbar Qaryağdıoğlu (2008, qısametrajlı sənədli film) – prodüser
- Dua (2008, qısametrajlı sənədli film) – prodüser
- Həqiqətin özü (2008, tammetrajlı sənədli film) – rejissor, prodüser
- Təxəllüsü “Mixaylo” (2008, qısametrajlı sənədli film) – bədii rəhbər
- Azərbaycan mətbəxinin rəngləri (2009, qısametrajlı sənədli film) – prodüser
- Dədələr yolu (2009, qısametrajlı sənədli film) – rejissor
- Parisli azərbaycanlı (2009, qısametrajlı sənədli film) – prodüser
- Xatirələrdə yaşayan ömür… (2010, qısametrajlı sənədli film) – rejissor

Kontakt:012 431-77-31
Ünvan:Bakı şəhəri, 20 yanvar küçəsi, ev 37a, mənzil 15.