Tofiq Tağızadə
rejissor
(1919-1998)
07 fevral 1919-cu ildə Bakı şəhərində anadan olub.1953 – cü ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakultəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayır. Bir çox filmlərin quruluşçu rejissorudur.Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya:
1955 – “Görüş” – rejissor
1958 – “Uzaq sahillərdə” – rejissor
1959 – “Əsl dosti ” – rejissor
1959 – “Mateo Falkone” – rejissor
1962 – “Mən rəqs edəcəyəm” – rejissor
1965 – “Arşın mal alan” – rejissor
1968 – “Mən ki, gözəl deyildim” – rejissor
1970 – “Yeddi oğul istərəm” – rejissor
1972 – “Flaminqo – Qızıl qaz” – rejissor
1975 – “Dədə Qorqud” – rejissor
1978 – “Narlıq” – rejissor
1981 – “Babamızın babasının babası” – rejissor
1985 – “Bağ mövsümü” – rejissor
1993 – “O dünyadan salam” – rejissor
1994 – “Köpək” – rejissor
